Azərbaycan millisi Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində yarımfinal oyununa çıxıb.
Poliqon.info-nun məlumatına görə, yığma finala gedən yolda Serbiya kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan 3-cü yer uğrunda matçda Qazaxıstan - Çexiya cütünün məğlubu ilə üz-üzə gələcək. Serbiya isə finalda bu cütün qalibini sınağa çəkəcək.
Poliqon.info