Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi təhsil ordu quruculuğunun təməl daşıdır

Ordu quruculuğunda hərbi təhsil ocaqları, onların fəaliyyət dairələrinin genişləndirilməsi, milli zabit kadrlarının hazırlanması böyük önəm daşıyır.

Hərbi təhsil ordu quruculuğunun təməl daşıdır. "Mən istəyirdim ki, bizim zabitlər korpusumuz olsun"- deyən ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə milli zabit kadrlarının hazırlığı məsələlərini daim önə çəkirdi. Ulu Öndər 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi Liseyin yaradılmasına və eyni zamanda azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail oldu. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirdi. Əsası C.Naxçıvanski adına Hərbi Liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi.

Ulu Öndər 2-ci dəfə hakimiyyətə qayıdışından sonra hərbi təhsilin inkişafına xüsusi diqqət ayırdı.1993-cü ildə ölkə tarixində ilk dəfə olaraq Hərbi Hava Qüvvələrinin tərkibində Uçuş Hazırlığının Təlim Mərkəzi yaradıldı. Sonradan bu mərkəz Ümummilli Liderimizin sərəncamına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən və ali hərbi təhsil müəssisəsi olan Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
1996-cı ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin bazasında Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinin bazasında Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. 1998-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Muxtar Respublikasında filialı açıldı. 2004-cü ildə Naxçıvanda fəaliyyət göstərən Hərbi Liseyə ümummilli liderimiz Heydər Əliyevin adı verildi.

Ulu öndər Heydər Əliyevin 1999-cu ilin 10 fevral tarixli fərmanı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası və 20 avqust 2001-ci il fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Təlim və Tədris Mərkəzi təşkil edildi. Eyni zamanda Təlim və Tədris Mərkəzinin nəzdində Qaraheybət Təlim Mərkəzi fəaliyyət göstərir.

Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı işlərdə hərbi təhsil xüsusi yer tutur. Azərbaycan Ordusunun yeni standartlara uyğunlaşdırılması və hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb: Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib.

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya diqqət və qayğısı sayəsində hərbi təhsilin maddi-texniki bazası ən müasir və dünya standartlarına uyğun qurularaq, gündən-günə möhkəmlənir. Prezident İlham Əliyevin göstərişi ilə yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr başda qardaş Türkiyə olmaqla, dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilib. Bununla da peşəkarlıqlarını daha da artıran hərbçilərimiz dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olurlar. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng peşəkarlar məktəbinə çevrilib, digər dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlib.

Müzəffər Ali Baş Komandan 44 günlük Vətən müharibəsində şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb. Dövlətimizin başçısının çıxışlarının birində dediyi bu sözlər Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təsdiqidir: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Mübariz Məmmədov

Nizami rayonu, 220 saylı məktəb-liseyin
Çağırışa qədər hazırlıq rəhbəri

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay