Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmsədrlər Məmmədyarov və Mnatsakanyanın görüşməsini istəyir

Texniki detalları aydınlaşdırmamış Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı və yeri haqqında danışmaq hələ tezdir

“Sputnik Ermənistan” xəbər verir ki, bu fikirləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

“Həmsədrlər AzərbaycanErmənistan XİN başçıları arasında görüşün təşkilini təklif edib. Texniki detalların aydınlaşdırılmasını gözləyirik. Eyni zamanda, dəvət edən ölkə görüşün vaxtı və yerini dəqiqləşdirməlidir ki, biz bununla bağlı açıqlama verə bilək”, - Naqdalyan məlumat verib.

Ötən görüşlərin keçirildiyi yerlərə nəzər salsaq, onların həmsədr ölkələrdə baş tutduğunu (Paris və Moskvada) görə bilərik. Ehtimal edilir ki, növbəti görüş Vaşinqton və ya başqa yerdə keçiriləcək.

Bu arada, Naqdalyan əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) may ayının sonunda regiona səfər edəcəklər.

O, həmsədrlərin Yerevan, Xankəndi və Bakıya səfər edəcəyini qeyd edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Ən çox oxunanalar