Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS Qəzza zolağında atəşkəs razılaşması barədə xəbərləri təkzib edib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında ABŞ-ın təklif etdiyi atəşkəs planına razılıq verdiyi barədə xəbərləri təkzib edib...

Poliqon xəbər verir ki, bu barədə hərəkatın rəsmi telegram kanalında məlumat yayılıb.

"Al Arabiya telekanalının HƏMAS-dakı yüksək rütbəli mənbəyə istinadən yaydığı hərəkatın Qəzza zolağında davamlı atəşkəsin tətbiqi, köçkünlərin mərhələli şəkildə geri qaytarılması və danışıqlar üçün Qahirəyə nümayəndə heyətinin göndərilməsi ilə bağlı beynəlxalq təklifin daxil olması barədə xəbər doğru deyil", deyə hərəkat öz "Telegram" kanalında bildirib.

Al Arabiya telekanalının verdiyi məlumata görə, onun yüksək vəzifəli mənbəsi HƏMAS-ın atəşi dayandırmağa və əsir götürülən bəzi girovları - uşaqları, qadınları və qocaları azad etməyə hazır olmasından danışıb. ABŞ-ın təklifinə fələstinlilərin tədricən Qəzza zolağına qayıtması da daxildir.

Qeyd edək kiƏ sonuncu danışıqlar martın əvvəlində Qahirədə baş tutub. Orada HƏMAS, QətərABŞ nümayəndələri iştirak ediblər. İsrail sağ qalan girovların siyahısı olmadığı üçün nümayəndə heyəti göndərməkdən imtina edib.

Qəzza zolağında müharibə oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlayıb. Noyabrda tərəflər atəşkəs barədə razılığa gələrək onu bir neçə dəfə uzadıb, lakin dekabrın 1-də İsrail ordusu Qəzzada əməliyyatları bərpa edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar