Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim: “Azərbaycanda meymunçiçəyi aşkarlanarsa, bunlar tək-tük hallar olacaq” 

Meymunçiçəyi ilkin mərhələdə hərarətin yüksəlməsi, baş və əzələ ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluğun artması ilə özünü göstərir. Daha sonra səpgi çoxala bilər; adətən üzdən başlayır və sonra cinsiyyət orqanları da daxil olmaqla bədənin digər hissələrinə yayılır. Səpgi tədricən dəyişir, qaysaq bağlayana qədər suçiçəyi və ya siflis kimi görünə bilər.

Bu sözləri həkim infeksionist Polina Əliyeva Media.Az-ın xəstəliyin əlaməti ilə bağlı suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, virus ilk dəfə 1958-ci ildə təsvir edilib, artıq 70-ci ildə isə Konqo Respublikasında insanın meymundan yoluxma hadisəsi qeydə alınıb.

“İndiyə qədər meymunçiçəyinin iki ştammı məlumdur: Qərbi Afrika - ölüm nisbəti təxminən 3% (daha yüngül), Mərkəzi Afrika - ölüm nisbəti 10,5% -dən çox (daha ağır)”, - deyə həkim xəstəliyin ölümcüllüyü barədə danışarkən izah edib.

Hazırda hansı ştammın yayılmasına gəlincə isə infeksionist 2022-ci ildə virusun Nigeriyadan qayıdan britaniyalıda aşkar edildiyini xatırladıb.

“Təhlillər zamanı məlum olub ki, xəstədə olan virus Qərbi Afrika ştamına aiddir. Eyni zamanda, bu xəstəliyin yayılması mütəmadi olaraq Afrikada, əsasən Konqo daxilində qeydə alınıb. 2017-ci ildə Nigeriyada epidemiya baş verdi”, - deyə həkim əlavə edib.

Mütəxəssis immunosupressiv vəziyyəti olan insanların (bu və ya digər səbəbdən immuniteti zəifləyən), yaşlıların və azyaşlı uşaqların risk qrupunda olduğunu xatırladıb.

Virusun daha çox isti iqlimi olan ölkələrdə yayılması nəzərə alınarsa Azərbaycanda bunun baş vermə riski barədə danışan həkim təbii ki, riskin olduğunu dedi.

“Üstəlik, bizdə isti iqlim var və virus artıq Avropada geniş yayılıb. Düşünürəm ki, yaxın gələcəkdə aşkarlansa belə, bunlar pandemiya bir yana, epidemiyaya belə gətirib çıxarmayacaq tək-tük hallar olacaq”, - deyə Polina Əliyeva bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar