Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heç vaxt ayrılmadı o könül candan, öndərlədi Azərbaycan! Heydərlədi Azərbaycan!” adlı tədbir keçirilib

Nəsimi rayon İcra Hakimiyyəti yanında İctima Şuranın “Heç vaxt ayrılmadı o könül candan, öndərlədi Azərbaycan! Heydərlədi Azərbaycan!!!” adlı tədbir keçirilib...

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkil etdiyi “Heç vaxt ayrılmadı o könül candan, öndərlədi Azərbaycan! Heydərlədi Azərbaycan!!!” adlı tədbir keçirilib.

Tədbirdə İctimai Şuranın üzvləri, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon Ağsaqqallar şurasının sədri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Vaqif Şadlinski, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrun canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Elnur Rəhimov açaraq bildirdi ki, Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan görkəmli dövlət xadimi, dünya miqyaslı parlaq siyasətçi dahi şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Onu da qeyd etmək yerinə düşər ki, dünya dövlətləri bu dahi insan Azərbaycan dövlətinin memarı qurucusu, bütün tarixi proseslərə təsir göstərmiş təkrarolunmaz bir şəxsiyyət adlandırırdılar. Biz Ulu öndəri heç vaxt unutmadıq. O Azərbaycan xalqının qəlbində yaşayan ölməz bir dahidir.

Tədbirdə çıxış edənlər Nəsimi rayon Ağsaqqallar şurasının sədri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Suleymanov və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev bildirdilər ki, bu­ gü­nü­mü­zü düz­gün də­yər­lən­dir­mək, Hey­dər Əli­yev yo­lu­nun döv­lə­ti­mi­zə, xal­qı­mı­za qa­zan­dır­dı­ğı uğur­la­rın miq­ya­sı­nın ge­niş­li­yi­ni dərk et­mək üçün müs­tə­qil­lik ta­ri­xi­mi­zin ay­rı-­ay­rı döv­r­lə­ri­nə nə­zər sal­ma­ğa bö­yük zə­ru­rət var. Azər­bay­can xal­qı müs­tə­qil­li­yi­mi­zin ilk il­lə­rin­də bö­yük fa­ciə­lər­lə, çə­tin­lik­lər­lə üz-­üzə qal­dı. Hə­min döv­r­də öl­kə­mi­zə rəh­bər­lik edən­lə­rin sə­riş­tə­siz­li­yi, ida­rə­çi­lik qa­bi­liy­yə­ti­nin yox­lu­ğu, öz şəx­si am­bi­si­ya­la­rı­nı döv­lət ma­raq­la­rın­dan üs­tün tut­ma­la­rı Azər­bay­ca­nı "olum, ya ölüm" di­lem­ma­sı qar­şı­sın­da qoy­muş­du. Di­gər tə­rəf­dən də si­lah­lı qüv­və­lə­rin tor­paq­la­rı­mı­zın de­yil, ay­rı-­ay­rı dai­rə­lə­rin ma­raq­la­rı­nın mü­da­fiə­si­nə xid­mət et­mə­si əra­zi­lə­ri­mi­zin iş­ğa­lı­na sə­bəb ol­du. Öl­kə­də ya­şa­nan xaos, anar­xi­ya, öz­ba­şı­na­lıq­lar, və­tən­daş qar­şı­dur­ma­sı, tor­paq­la­rı­mı­zın iti­ril­mə­si xal­qı­mı­zın sa­ba­ha ümid­lə­ri­ni itir­di, in­san­lar və­ziy­yət­dən çıx­ma­ğın yol­la­rı­nı ax­tar­ma­ğa baş­la­dı­lar. Be­lə çə­tin gün­lər­də xal­qı­mı­zın xi­las­kar ki­mi üz tut­du­ğu ye­ga­nə ün­van ulu ön­dər Hey­dər Əli­yev ol­du. Ulu ön­dər Hey­dər Əli­ye­vin Azər­bay­can döv­lə­ti, xal­qı qar­şı­sın­da­kı xid­mət­lə­rin­dən bəhs edər­kən ilk ola­raq göz önü­nə Onun xi­las­kar­lıq mis­si­ya­sı gə­lir.

Xüsusi qeyd olundu ki, Da­hi şəx­siy­yət Hey­dər Əli­ye­vin uzaq­gö­rən, dü­şü­nül­müş və məq­səd­yön­lü si­ya­sə­ti­nin Azər­bay­ca­nı­mı­zın qar­şı­sın­da aç­dı­ğı im­kan­lar­dan, üfüq­lər­dən bəhs et­mə­dən ön­cə onun ən bö­yük xid­mə­ti ola­raq 1992-ci il no­yab­rın 21-də Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın ya­ra­dıl­ma­sı­nı qeyd et­mə­li­yik. Çün­ki uğur­la­rı­mı­zın baş­lan­ğı­cı ki­mi par­ti­ya­nın ya­ran­ma­sı qeyd edil­mə­li­dir. 1992-ci il ok­t­ya­ba­rın 16-da xal­qın bö­yük ək­sə­riy­yə­ti­nin is­tə­yi­nin ifa­də­si ki­mi də­yər­lən­di­ri­lən 91 nə­fər zi­ya­lı­nın müa­sir müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin qu­ru­cu­su, ulu ön­dər Hey­dər Əli­ye­və bu gün öl­kə­nin ic­ti­mai-­si­ya­si hə­ya­tın­da apa­rı­cı rol oy­na­yan, mil­yon­la­rın par­ti­ya­sı­na çev­ri­lən Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın ya­ra­dıl­ma­sı ilə bağ­lı "Azər­bay­can Si­zin sö­zü­nü­zü göz­lə­yir" mü­ra­ciə­ti döv­lət­çi­lik ta­ri­xi­miz­də dö­nüş nöq­tə­si ol­du. "91-lər"in, 1992-ci il­də Nax­çı­van Ali Məc­li­si­nin səd­ri Hey­dər Əli­ye­vi Azər­bay­can­da ha­ki­miy­yət uğ­run­da açıq və fəal mü­ba­ri­zə­yə səs­lə­yən, onun ha­ki­miy­yə­tə qa­yı­dı­şı üçün mü­ra­ciə­tə im­za at­mış, Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın "qı­zıl fon­du" elan olun­muş 91 nə­fər ta­nın­mış zi­ya­lı­nın Ümum­mil­li Li­de­rə ün­van­la­dıq­la­rı mü­ra­ciət­də döv­rün real­lıq­la­rı­nın do­ğur­du­ğu fə­sad­lar - res­pub­li­ka­nın iq­ti­sa­di po­ten­sia­lı­nın sü­rət­lə da­ğıl­ma­sı, tə­bii sər­vət­lə­ri­mi­zin ta­lan edil­mə­si, və­ziy­yə­tin ağır­lı­ğın­dan, çı­xıl­maz­lı­ğın­dan, hə­ya­tın qey­ri-­sa­bit­li­yin­dən, gə­lə­cə­yə ümid­siz­lik­dən res­pub­li­ka­nı yüz­lər­lə zi­ya­lı - yük­sək ix­ti­sas­lı kad­r­la­rın tərk et­mə­si ba­rə­də mə­lu­mat ve­ri­lir. Mü­ra­ciət­də, həm­çi­nin xal­qı­mı­za qar­şı tö­rə­di­lən ən dəh­şət­li ci­na­yət­lə­ri - 20 Yan­var, Xo­ca­lı, Şu­şa, La­çın və di­gər fa­ciə­lə­ri tö­rə­dən­lə­rin cə­za­sız qal­ma­sı xü­su­si ola­raq qeyd olu­nur və baş ve­rən prob­le­min həl­li­nin güc­lü bir li­de­rin ira­də­si­nə bağ­lı ol­du­ğu vur­ğu­la­nır­dı.

Tədbirdə həmçinin Şuranın cari işləri ilə bağlı görülmüş işlərdən danışılıb.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar