Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı məhsullar ƏDV-dən azad olunub?

Ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq sənaye parkları və sənaye məhəllələri yaradılır. Hazırda ölkədə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, AğdamCəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, SabirabadŞərur sənaye məhəllələri) mövcuddur. Sənaye parkları və məhəllələrində sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Hər bir iş adamı müvafiq tələblərə cavab verən layihəsi əsasında sənaye parkının və sənaye məhəlləsinin rezidenti ola bilər. Bunun üçün sahibkar mövcud layihəsi (biznes plan) ilə sənaye zonalarının idarəedici təşkilatı olan İqtisadi Zonaların İnkişafı Agentliyinə müraciət edə bilər.

Oxu.Az mövzu ilə bağlı məqalə hazırlayıb.

Sənaye parkları və məhəllələrdə dövlət vəsaiti hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.

Ölkəmizdə sənaye parkları və məhəllələrin yaradılmasında əsas məqsəd yeni istehsal sahələrinin qurulması, idxalın əvəz olunması, ixrac potensiallı məhsulları istehsal edəcək sənaye sahələri üzrə müəssisələrin yaradılmasıdır.

Sənaye parkları və məhəllələri logistik imkanlar baxımından əlverişli ərazilərdə - əsasən magistral avtomobil və dəmir yolu xətlərinin yaxınlığında yerləşirlər. Bu da onların investorlar üçün cəlbediciliyini şərtləndirən əsas amillərdən biridir.

Sənaye parkları daha çox iri sahibkarlıq subyektləri və iri layihələr üçün, sənaye məhəllələri isə əsasən orta, kiçik və mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulur. Sənaye parklarından fərqli olaraq, sənaye məhəllələrində dövlət tərəfindən hazır tikililər (yer) sahibkarların icarəsinə verilir və bu da onlara qısa zamanda fəaliyyətə başlamağa imkan verir.

Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Misal üçün, Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir sənaye parklarında tətbiq edilən güzəştlər nəticəsində rezidentlər təkcə texnika və texnoloji avadanlıqların idxalı zamanı indiyədək 423 milyon manatdan çox ƏDV-dən və gömrük rüsumundan azad olunublar.

Sənaye məhəllələrinin rezidentləri (iştirakçıları) isə mövcud qanunvericiliyə uyğun olaraq, investisiya təşviqi mexanizmindən yararlana bilərlər. İnvestisiya təşviqi sənədinə əsasən sahibkar sənədi aldığı tarixdən etibarən 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50 %-dən, torpaq və əmlak vergisindən, həmçinin layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azad olunur.

Beləliklə, xarici və yerli iş adamları ölkədə mövcud sənaye zonalarında yaradılmış əlverişli şəraitdən yararlana bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar