Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı formatda daha tez sülh əldə etmək imkanları görünür?..

Sülh müqaviləsi mətninin hazırlanması, eləcə də imzalanması istiqamətində gah Vaşinqton, gah da Brüssel formatı irəli sürülür...

Politoloq: “Ermənistan son üç ildə baş verənlərin əsas günahkarı olaraq Rusiyanı görür və onu xəyanətkar kimi qəbul edir”.

Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar ən doğru variantdır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, AzərbaycanErmənistan arasında sülh müqaviləsi mətninin hazırlanması, eləcə də imzalanması istiqamətində gah Vaşinqton, gah da Brüssel formatı irəli sürülür. Ortada Rusiya formatı da var ki, hazırda Ermənistan bu formatda danışıqlardan imtina edir. Son zamanlar isə vasitəçisiz danışıqlar təklifi gündəmə gəlir. “Erməni layihəsi” ictimai təşkilatının rəhbəri Sergey Melkonyan rəsmi Bakının bu formata üstünlük verməsini Ermənistana təzyiq etməyin daha asan olması ilə əlaqələndirir.

Bəs, AzərbaycanErmənistan prosesi irəli aparmaq istəyirsə, ilk növbədə nə etməlidirlər və hansı formatda daha tez sülh əldə etmək imkanları görünür?

AzərbaycanErmənistan arasında baş verən son prosesləri Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “ABŞ-ın Ermənistana təzyiq rıçaqları var. Əgər tərəfsiz vasitəçi kimi danışıqlarda yer alsa, sülh sazişi tezliklə imzalana bilər”.

Rəsmi şəkildə hər-hansı bir vasitəçiyə ehtiyacın olmadığını düşünən politoloq bildirib ki, əsas strateji plan sülh mətnini tam hazırlayıb, müqaviləni bağlamaqdır:

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində ciddi irəliləyişlər var. Vaşinqton və Brüssel prosesdə aktivləşib. Vaşinqtonun prosesdə müəyyən təsiri var. Xüsusilə, ABŞ-ın Ermənistana təzyiq rıçaqları var. Əgər tərəfsiz vasitəçi kimi danışıqlarda yer alsa, sülh sazişi tezliklə imzalana bilər.

Düşünürəm ki, sülh danışıqlarında ən optimal variant ikitərəfli danışıqlardır. Çünki Rusiya da prosesdən kənar qalmaq istəmir. Eyni zamanda Ermənistana da Rusiyaının siyasi və iqtisadi təzyiqləri var. Çünki Ermənistan son üç ildə baş verənlərin əsas günahkarı olaraq Rusiyanı görür və onu xəyanətkar kimi qəbul edir. Buna görə də İrəvan Moskvanın vasitəçiliyinə artıq isti baxmır. və hesab edir ki. Moskvadan daha çox Vaşinqton və Brüssel Ermənistanın maraqlarından çıxış edir. Təbii ki, bu halda Ermənistan tərəfi ABŞ və Avripa İttifaqının vasitəçiliyində maraqlıdır.

Məhəmməd Əssədullazadə: “Əsas strateji plan sülh mətnini tam hazırlayıb, müqaviləni ikitərəfli qaydad razılaşdırmaqdır. Bu proses sona çatdıqdan sonra tərəflər təminatçı dövlətləri prosesə qoşa bilərlər”.

Qeyd edim ki, əvvəllər ABŞbir qədər tərəfsiz görünməyə çalışırdı. Amma son zamanlar artıq Vaşinqtonu tərəfsiz vasitəçi olaraq görmək mümkün deyil. Ona görə də Bakı hazırda Vaşinqtonun vasitəçiliyindən heç də məmnun deyil və bunu da dilə gətirir.

Ona görə də, rəsmi bakıya görə Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar ən doğru variantdır. İkitərəfli danışıqlar aparılıb və razılıq əldə olunandan sonra sülh müqaviləsi bağlana bilər. Rəsmi şəkildə hər-hansı bir vasitəçiyə ehtiyac yoxdur. Əsas strateji plan sülh mətnini tam hazırlayıb, müqaviləni ikitərəfli qaydad razılaşdırmaqdır. Bu proses sona çatdıqdan sonra tərəflər təminatçı dövlətləri prosesə qoşa bilərlər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Ən çox oxunanalar