Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakim ailənin üzvləri işgəncə altında: ayaqlarından asırlar, döyürlər, şillələyirlər...

Səudiyyə Ərəbistanında noyabrın əvvəllərindən korrupsiya şübhəsi ilə həbsdə olan kral ailəsi üzvləri və biznesmenlər saxlanıldıqları oteldə işgəncələrə məruz qalırlar


Bu haqda “The Daily Mail” Səudiyyə Ərəbistanındakı mənbələrə istinadən yazır.

Məlumata görə işgəncələri Amerika özəl hərbi şirkətinin əməkdaşları verir. Bu, əvvəllər “Blackwater” adlanan və İraqda, Əfqanıstanda xüsusi amansızlığı ilə ad çıxaran muzdlulardan ibarət “Academi” şirkətidir.

“Onları döyürlər, işgəncə verirlər, şillələyirlər və təhqir edirlər. Onları sındırmaq istəyirlər”-mənbə deyib. İşgəncə növləri arasında tutulanları ayaqlarından başı aşağı asmaq da yer alır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında kral Salmanın varisi şahzadə Məhəmməd bin Salman hakim ailənin üzvləri də daxil olmaqla yüzlərlə şahzadəni, biznesmeni həbs etdirib. Onlar Ər-Riyaddakı Ritz Carlton otelində saxlanılır.

Otelin çölündə Səudiyyə xüsusi xidmətlərinin zirehli avtomobilləri növbə çəkir. İçəridə isə özəl hərbi şirkətin əməkdaşlarıdır. Qəzet yazır ki, vəliəhd şahzadə özü də şəxsən dindirmələrdə iştirak edir. O, indiyə qədər saxlanılan şahzadələrdən və biznesmenlərdən 194 milyard dollar qopara bilib.



Qəzetin yazdığına görə saxlanılanlardan birini-7 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin adamlarından olan şahzadə Əl-Valid bin Talalı da “Academi” şirkətinin muzdluları ayaqlarından asıblar. Saxlanılanların hamısının bank hesablarına həbs qoyulub, hakimiyyət qonşu ölkələrin mərkəzi banklarına sorğu verib ki, tutulanlara aid hesablar barədə məlumat təqdim etsinlər.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar