Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadı Rəcəbli ailə biznesinə daxil olan restorandan niyə imtina edir?

“Palıdlı Sahil”lə bağlı yeni məqamlar ortaya çıxdı


Lənkəranın “Palıdlı sahil” İstirahət Mərkəzində əməliyyat keçirilməsi və 5 nəfər gəncin həbs olunduğu haqda məlumat vermişdik. 

Həbs edilənlərdən birinin adını da yazmışdıq. Bu şəxs 2004-cü ildə “Ginnesin Rekordlar Kitabı”na adı düşmüş Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadə olduğu müəyyənləşib. Ə.Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib.

Onun 7 yaşında göstərdiyi bu rekord “Ginnesin Rekordlar Kitabına” düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb. Mənbəmiz “Palıdlı sahil” İstirahət Mərkəzinin sahibinin Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli olduğunu da qeyd etmişdi. Hadı Rəcəbli isə obyektin ona aidiyyəti olmadığını bildirib: “Hadi Musa oğlu Rəcəblinin mülkiyyətində heç bir sahibkarlıq obyekti yoxdur.  Buna qədər də olmayıb, indi də yoxdur. 

Dünən gecə mətbuatdan bu barədə xəbər oxudum. Doğrudur, Lənkəranda cinayətkarlığa qarşı ardıcıl mübarizə aparılır. Mən tərəfdən bunlar alqışlanır, müdafiə olunur. Lənkəranda yüzlərlə yer var. Onlarla mehmanxana var. Bunun Hadi Rəcəbliyə nə dəxli var? Mən onların nə özünü, nə də ailələrini tanıyıram. Hadi Rəcəbli işlədiyi dövrdə daxili işlərin Lənkəran Polis Şöbəsinə bir dəfə də olsun zəng etməyib. Bunu inzibati orqanlardan hər kəs soruşa bilər”. Hadi Rəcəbli barəsində yazılar davam edərsə, məhkəməyə müraciət edəcəyini də qeyd edib. 

Maraqlıdır ki, ümumdünya elektron axtarış sistemi (google, yandex) vasitəsilə “Hadı Rəcəbli ”Palıdlı Sahil" sözləri yazıb “axtar” düyməsini vurmaqla Lənkənrandakın obyektlə bağlı məlumat əldə etmək olar. 



Məsələn,  bu linkdə -  http://azinterkom.com/news/media/168306-hadi-rcbli-gnclri-v-jurnalistlri-quotpaldl-sahilquot-toplad-fotolar.html - deputatın 2013-cü ilin fevralında “Palıdlı Sahil”də tədbirdə iştirakı haqda məlumat və fotolar təqdim olunur. 

Bu linkdə -  http://azinterkom.com/news/media/168306-hadi-rcbli-gnclri-v-jurnalistlri-quotpaldl-sahilquot-toplad-fotolar.html isə “Palıdlı Sahil”in deputatın biznes imperiyasına daxil olduğu iddia edilir.

Digər tərəfdən də hazırkı oliqarxik quruluşda vəzifə sahiblərindən hansınınsa mal-mülklərini öz adına rəsmiləşdirməsi də ağlasığmazdır. Nəqliyyat nazirindən tutmuş Baytarlıq İdarəsi rəisinə qədər hər hansı vəzifəli rəsmən bu ölkənin kasıb şəxsi ola bilər, amma faktiki bunun belə olmadığını hər kəs bilir. Yəqin ki, hörmətli deputat Hadı Rəcəbli özü də bu haqda məlumatlı olmamış deyil...(musavat.com) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Tavuşun Kirants kəndində sakinlərlə polis arasında qarşıdurma yaranıb - Video

Ən çox oxunanalar