Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Şahin Allahşükür Paşazadənin müdafiəsinə qalxdı

“Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə qarşı əsassız ittihamların səsləndirilməsini kökündən yanlış hesab edirəm”.

Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli son günlər şeyxlə bağlı gedən müzakirələrə münasibət bildirirkən deyib.

O bildirib ki, Allahşükür Paşazadə hər zaman Azərbaycan dövlətçiliyinin və İslam birliyinin müdafiəçisi olub:

Onun ünvanına səsləndirilən fikirlər artıq tənqid deyil, şeyxülislam məqamına qarşı həqarət, Azərbaycan dövlətçiliyinə və İslam birliyinə qarşı təhdiddir. Onun çıxışının təhrif edilməsi, başqa mənalara yozulması yolverilməzdir. Şübhəsiz, qələbə Azərbaycan əsgərinin şücaəti və əzmi sayəsində əldə olunub. Şeyx həzrətlərinin vurğuladığı kimi, bütün xalq, dini və siyasi baxışından asılı olmayaraq Ali Baş Komandanın ətrafında birləşib bu qələbəni qazandı. Bununla belə, digər ölkələrin bizimlə həmrəy olması, dəstək verməsi bizim haqlı mövqeyimizin beynəlxalq müstəvidə təsdiqi anlamına gəlir. Biz qonşularımızla, xüsusilə müsəlman ölkələri ilə, dostluq və qardaşlıq içində yaşamalıyıq. Bundan dövlətimiz və xalqımız yalnız qazanacaq”.

Din xadimi fətva məsələsinə də toxunub və qeyd edib ki, bu siyasi deyil, dini bir anlayışdır:

Azərbaycanın haqlı mövqeyinə dəstək verən bir fətva, bizim mübarizəmizin yalnız beynəlxalq hüquq baxımından deyil, dini-mənəvi baxımdan da ədalətli olmasının ifadəsidir. Hacı Allahşükür Paşazadəyə qarşı əsassız ittihamlar irəli sürənlər onun hansı cəsarətlə 20 yanvar hadisələrində imperializmə qarşı dayandığını, xalqımızın mənafeyini qorumaq üçün mətin mövqe tutduğunu, çoxmillətli və çoxkonfessional ölkəmizdə dini və milli birliyin təmin olunmasında zəhmətini unutmamalıdır”.(Busaat.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar