Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın din xadimləri Füzuli Beynəlxalq Hava limanında olublar

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı Gürcüstan Müsəlmanları İdarəsinin din nümayəndələrinin Füzuli rayonu işğaldan azad edilən ərazilərə səfərləri başa çatıb. Qonaqlar səfərlərini Füzuli Beynəlxalq Hava limanını gəzməklə davam etdiriblər.

“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov qonaqlara hava limanı barədə məlumat verib.

O, bildirib ki, Füzuli Beynəlxalq Hava limanı minatəmizləmə işlərinin aparılması da daxil olmaqla 8 ay ərzində başa çatdırılıb. Hazırda aeroporta Türkiyə və Rusiyadan reyslərin qəbul edilməsi üçün ilkin razılıqlar əldə edilib. Bundan əlavə hava limanında yaradılan şərait, həmçinin ZəngilanLaçın hava limanları barədə qonaqlara ətraflı məlumat verilib.

Səfərin yekununda qonaqlar Füzulinin mərkəzində şəhərin xarablığa çevrilən qalıqlarını ziyarət ediblər. Şəhər və divarları qalan binalar barədə qonaqlara məlumat verən A.İmanov Füzuli şəhərinin bir hissəsinin açıq hava muzeyi kimi saxlanılacağını bildirib.

 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar