Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda azərbaycanlılar yaşayan bölgənin sabiq qubernatoru həbs olundu

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinin sabiq qubernatoru, müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan David Kirkitadze həbs olunub

Qurcaani Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

D.Kirkitadze vəzifə borcunu yerinə yetirən polis əməkdaşına və polis nəqliyyat vasitəsinə hücumda ittiham olunur. Onu 4 ildən 7 ilədək həbs cəzası gözləyir.

O, günahkar olmadığını deyərək, saxlanılmasının siyasi qərar olduğunu bildirib.

Müdafiə tərəfi D.Kirkitadzenin girov müqabilində azadlığıa buraxılmasını tələb edib. Onun vəkili Georgi Kondaxişvili proses zamanı 27 deputatın D.Kirkitadzenin azad edilməsi xahişi ilə bağlı imzaladığı müraciəti təqdim edib.

Məhkəmə prosesi ilə yanaşı, Qurcaani Rayon Məhkəməsinin qarşısında "Güc birlikdədir" müxalif birliyinin tərəfdarları etiraz aksiyası keçiriblər. Məhkəmə binası qarşısına yüzlərlə polis əməkdaşı cəlb olunub. Aksiya ilə bağlı Qurcaaninin mərkəzi yolları bağlanıb.

Qeyd edək ki, D.Kirkitadze 2008-2013-cü illərdə Kvemo Kartlinin qubernatoru olub. Dekabrın 16-da Gürcüstan prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasiminin keçirildiyi Telavi şəhərinə yollanan müxalifətçilərlə polis arasında qarşıdurma baş verib. Nəticədə 10-a yaxın polis əməkdaşı xəsarət alıb.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar