Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan XİN: "Azərbaycan on illərdir əsas ticari tərəfdaşımızdır”

"Azərbaycan və Gürcüstan inkişaf yolunda hər zaman bir-birinə dəstək olub".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə ilə keçirilən marafonun mükafatkandırılma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qonşu Arərbaycanla dostluq münasibətləri əsrlərə söykənir:

"Əlaqələrimiz ildən-ilə inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Gürcüstan və Azərbaycan hər zaman bir sıra sahələrdə birgə uğurlu əməkdaşlıq edib, nəqliyyat və energerika sahəsində önəmli layihələr həyata keçirib. On illərdir ki, Azərbaycan Gürcüstanın əsas ticari tərəfdaşdır. Ölkələrimiz arasında siyasi əməkdaşlıq da yüksək səviyyədədir".

XİN rəsmisi qeyd edib ki, rəsmi Bakı və Tbilisi arasında nümunəvi əlaqələr mövcuddur.

L.Darsaliyanın sözlərinə görə, regionda sabitlik və sülhün bərqərar olması Gürüstan və Azərbaycanın ortaq məqsədidir.

O, dost və qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar