Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Ermənistan istehsalı olan “matsun” adlı məhsulun tranzitini qadağan edib

Gürcüstan öz ərazisindən Ermənistan istehsalı olan “matsun” adlı məhsulun Rusiyaya daşınmasını qadağan edib.

Bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat verib.

Nəticədə erməni istehsalçıları öz məhsullarını “erməni dağ qatığı” adı ilə Rusiyaya ixrac etməyə başlayıblar.

Gürcüstan tərəfi izah edib ki, Fransada konyak və şampan olduğu kimi, “matsoni” adı da Gürcüstanda onun coğrafi göstəricisi kimi qeydə alınıb.

“Matsun” adı da Gürcüstanda qeydiyyatdan keçmiş “matsoni” adına bənzədiyi üçün onun Gürcüstan ərazisindən ixracına icazə verilməyib.

Ermənistanın İqtisadiyyat Nazirliyinin mətbuat katibi Qayane Antonyan bildirib ki, hökumət gürcü həmkarları ilə coğrafi göstəricilərdən istifadə məsələsini aydınlaşdırmaq üçün addımlar atır.

Eyni zamanda, nazirliyin nümayəndəsi qeyd edib ki, “matsun” adı Ermənistan Respublikasında coğrafi göstərici kimi qeydiyyata alınarsa, məhsul yalnız coğrafi göstəricilərin qarşılıqlı tanınması və mühafizəsi haqqında ikitərəfli müqavilə imzalandıqdan sonra Gürcüstan ərazisindən keçməklə başqa ölkələrə ixrac oluna bilər.

O əlavə edib ki, Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında coğrafi göstəricilərin qarşılıqlı tanınması və mühafizəsi haqqında saziş müzakirə edilib. Sazişin müddəaları və iki ölkədə qeydə alınmış coğrafi göstəricilərin siyahıları tezliklə birgə işçi qrupu tərəfindən təhlil olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Ən çox oxunanalar