Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Güney Azərbaycanın İrandan ayrılması...” - Trofimçuk


İran daxilində teraktlar ölkəni daxildən qeyri-stabilliyə sürükləməyə cəhdlə bağlı verilən aydın işarədir


PİA.AZ bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Politoloq qeyd edib ki, xarici təyziqlər Tehranın geosiyasi düşmənlərinə tez və ağrısız qələbə qazandırmır.

O, həmçinin teraktların simvolik və müqəddəs yerdə törədilməsinə diqqət çəkib:

“Sonuncu dəfə burada situasiyanı daxildən parçalamaqla bağlı böyük cəhdə 2009-cu ildə cəsarət edilmişdi. Bu gün dünyada çox şey pisə doğru dəyişib. Üstəlik, dünyada Suriya müharibəsi gedir. Əsas məsələ odur ki, ABŞ-ın yeni administrasiyasının İrana qarşı münasibəti gözlənilmədən pisdən ən pis səviyyəsinə düşdü.

Ona görə də bu gün İranı daha sərt şəkildə blokadaya almağa yardım edəcək bütün aksiyalara izn verilib. Dolayısı olaraq, bu, İrandan sonra bütün meydanın məhv edilməsidir. Buraya xüsusi olaraq, İran haqqında öz fikrini söyləyən Qətərin blokadası da aiddir. Hər kəsə aydındır ki, İran üçün situasiya pis tərəfə doğru Ər-Riyaddakı böyük sammitdən sonra dəyişməyə başladı. Özbaşına Səudiyyə Ərəbistanı İranın üzərinə düşməyə cəsarət edə bilməzdi”, – deyə o bildirib.

Rus ekspert hələlik İranın parçalanması ssenarisinin aktivləşdirilmədiyini söyləyib:

İranın düşmənləri tərəfindən mümkün parçalanma vasitələrindən biri də millətlərarası faktordur. Hazırda ölkənin daxilində elə də sadə olmayan etnik xəritə mövcuddur. Hələlik bu rıçaq işə salınmayıb. Görünür, bunun üçün şərait yetişməyib. Bu variant ayrı-ayrı teraktlardan yüzlərlə dəfə güclü sayılır.

Əgər biz Cənubi Azərbaycandan danışsaq, o zaman “baza” olan müstəqil Azərbaycan üçün bu, arzulanmaz ssenari olardı. İranın parçalanması Cənubi Qafqaz kimi regionda ağrısız baş tutmayacaq. Çünki İranla müharibə şəraitində bu bölgədəki hər kəsi parçalayacaqlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar