Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülnarə Kərimovanın 800 milyon dolları Özbəkistana qaytarılacaq

İsveçrə Məhkəməsi belə qərar verib

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova İsveçrədə onunla bağlı hesablarda dondurulmuş 800 milyon dolları özünə qaytarmağı bacarmadı.

İsveçrənin cinayət işləri üzrə Federal məhkəməsi iyulun 31-də vəsaitlərin dondurulması haqqında qərar verilməsi barədə Kərimovun böyük qızının apellyasiyasını rədd etdi. Bu isə o deməkdir ki, həmin pullar tezliklə Özbəkistan hakimiyyətinə qaytarıla bilər.

Virtualaz.org xatırladır ki, Gülnarə Kərimova İslam Kərimovun böyük qızıdır. Uzun müddət o özünü pop-müğənni kimi qələmə verir və geyim dizaynı ilə məşğul olur, həmçinin diplomatik sahədə işləyirdi. Bir vaxt onu hətta, Özbəkistan prezidentinin postunda atasının varisi hesab edirdilər.

Amma 2015-ci ildə məlum oldu ki, G.Kərimova barəsində cinayət işi başlanıb: ona qarşı milyard dollar civarında mənimsəmə ittihamı irəli sürdülər. Bildirilirdi ki, G. Kərimova ən azı altı telekommunikasiya şirkətindən rüşvət alıb...

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

2015-ci ilin avqustunda Daşkənddə məhkəmə onu vergi ödənişindən boyun qaçırmada, oğurluqlarda, zorla pul qoparmada və offşor şirkətlərin sənədlərini məhv etməkdə günahkar bilərək azadlığının beş il müddətinə məhdudlaşdırılması barədə qərar qəbul etdi.

...İndiyədək aparılan istintaqın versiyasına görə, G.Kərimova cinayət ortaqları ilə birgə 12 xarici ölkə ərazisində dəyəri 1,3 milyard dollar, 63,5 milyon avro, 27,1 milyon funt sterlinq və 18,5 milyon frank olan aktivlər leqallaşdırıb.

İsveçrə ərazisində isə onun 777,8 milyon dollarlıq pul vəsaiti olduğu bildirilir.

Sabiq prezidentin qızının vəkili isə bu yaxınlarda bildirib ki, G.Kərimova, barəsində Özbəkistanda və İsveçrədə olan işlərin bağlanması, azadlığa çıxması və yeni həyata başlaması şərtləri ilə kompromisə getməyə hazırdır.Yeri gəlmişkən, daha əvvəl “Azadlıq Radiosu”nun özbək xidməti məlumat vermişdi ki, İsveçrə hökuməti dondurulmuş pulların əsl sahibinin Özbəkistan olduğuna inanır və özbək hökumətində dəyişiklik həm hüquqi, həm də mənəvi olaraq pulların ölkəyə qaytarılmasına haqq verir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Natiq Miri: Erməni Apostol Kilsəsi əslində Ermənistan üçün ən böyük potensial təhlükə mənbəyidir...

İsmayıllıda göldə batan şəxsin meyiti tapılıb - Yenilənib, Video

DSMF-nin builki büdcəsinə əlavə və dəyişikliklərin edilməsinin səbəbləri açıqlanıb

Ən çox oxunanalar