Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güləşçilərimiz Bolqarıstanda finalda üz-üzə gələcəklər

Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turniri davam edir.

Yarışın 2-ci günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Əfqan Xaşalov (57 kq) 1/8 finalda Arun Aruna (Hindistan) “tuşe” ilə qalib gəldikdən sonra iranlı Rza Momenijuzadəni də vaxtından əvvəl üstələyib - 10:0. Xaşalov yarımfinalda hindistanlı Aman Amanla qarşılaşmada zədələndiyindən görüşü məğlub başa vurub.

Əliabbas Rzazadə (57 kq) startda bolqar İvaylo Tısova heç bir şans verməyib - 10:0. Ancaq həmyerlimiz belaruslu Ariyan Tiutrinlə görüşdə son saniyələrdə üstünlüyü əldən verərək məğlub olub - 6:8.

Turan Bayramov (74 kq) təsnifat mərhələsində bolqar Mixail Georgiyevi məyus etdikdən (3:0) sonra Bolqarıstanın digər təmsilçisi Aykan Seidə tam üstünlüklə qalib gəlib - 12:0. Bayramov 1/4 finalda əlcəzairli Abdelkader İkkaldan güclü olub - 6:0. Macar Murad Kuramqomedovla görüşdə yekun hesab 1:1 olub və sonuncu xalı Turan aldığı üçün həmyerlimiz finala yüksəlib.

Mübarizəyə 1/8 finaldan qoşulan Cəbrayıl Hacıyev qazaxıstanlı Sultan Jaksiliki “tuşe” ilə yolundan kənarlaşdırdıqdan sonra gürcü Dimitri Jioeviyə də vaxtından əvvəl qalib gəlib - 12:1. Cəbrayıl yarımfinalda bolqarıstanlı Ali-Paşa Umarpaşayev üzərində 8:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

Beləliklə, 74 kq-da finalda millimizin iki üzvü Turan Bayramovla Cəbrayıl Hacıyev qarşılaşacaq

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri fevralın 19-da keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Ən çox oxunanalar