Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gözəgörünməz qara qüvvə” Lənkəranda daha iki nəfəri ölümcül döydü

Lənkəran rayonunun Liman şəhərində müəmmalı hadisələr baş verir


Ötən gecə şəhər sakini, 16 yaşlı Abdullayev Heybət Rüfət oğlu və 55 yaşlı Həsənov Nəcəfqulu Şükür oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Bildirilir ki, döyülən şəxslər qonşu olub. Onların evləri bir-birindən təxminən 200 metr məsafədə yerləşir. Belə ki, 16 yaşlı oğlan qaranlıqda tanımadığı şəxsin hücumuna məruz qaldığını deyib. Nəvəsi ilə tək yaşayan Nəcəfqulu Həsənov da onu döyən adamı tanımadığını deyib.

Qeyd edək ki, iki gün əvvəl də Liman şəhəri ərazisində 68 yaşlı Humay Qarayeva və onun qızı 45 yaşlı Samirə Miriyeva yaşadıqları evdə vəhşicəsinə döyülüb. Onlar çox ağır xəsarətlər aldığından xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və Samirə Miriyeva aldığı xəsarətlərdən keçinib.

Hazırda hüquq-mühafizə orqanları Liman sakinlərinin kabusuna çevrilən şəxsin yaxalanması istiqamətində tədbirlər həyata keçirilir. Bəzi sakinlər gecə saatlarında küçədə hündür boylu naməlum şəxsin gəzdiyini deyiblər.(Lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Ən çox oxunanalar