Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General hərbi qiyam ərəfəsində Azərbayanda kimə zəng vurduğunu açıqladı


Türkiyədə ötən il iyulun 15-də baş vermiş uğursuz hərbi çevriliş cəhdinə başçılıq etməkdə təqsirləndirilən hava qüvvələri generalı Akın Öztürk həmin hadisələr ərəfəsində Azərbaycana etdiyi telefon zənglərinin məqsədini məhkəmədə açıqlayıb


Virtualaz.org xəbər verir ki, general həmin vaxt Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanına zəng vurduğunu bildirib.

General Akın Öztürk 15 iyul hadisələri zamanı Yüksək Hərbi Şuranın üzvü olub. Qiyamçıların tərəfində olan F-16 təyyarələri generalın kürəkəni, polkovnik Hakan Karakuşun komandanı olduğu Akıncı hərbi hava bazasından qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı. Akın Öztürkün adı isə hərbi çevrilişin uğurla başa çatacağı təqdirdə ölkədə müvəqqəti hakimiyyət rolunu oynayacaq “Yurdda Sülh Şurası”nın üzvlərinin siyahısında yer almışdı. İstintaq materiallarına əsasən general hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.



Bu barədə 2017-ci ilin aprelində Türkiyə mediasında yazılmışdı və Akın Öztürkün Azərbaycanda hansı mobil telefon nömrəsinə zəng vurduğu da açıqlanmışdı. Lakin virtualaz.org yoxlamışdı ki, həmin telefon nömrəsi (051 660 00 38) hazırda bağlıdır, istifadə olunmur. Türkiyə mətbuatının yazdığına görə Öztürkün bu nömrəyə iki dəfə zəng vurduğu müəyyən olunub.

Hazırda Akın Öztürk də daxil olmaqla qiyama cəhd edən hərbçilərin bir qrupunun məhkəməsi gedir. Onlar FETÖ (Fətullahçı Terror Təşkilatı) üzvləri olmaqda və çoxsaylı dövləti cinayətlərdə ittiham olunurlar.



Məhkəmədə Akın Öztürk ifadə verərək 15 iyul hadisələri ərəfəsində xarici ölkələrə etdiyi telefon zənglərinə izahat verib. Öztürk deyib ki, Azərbaycanda həmin iki zəngi Hərbi Hava Qüvvələrinin komandanına etmişdi. Generalın bildirdiyinə görə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanına etdiyi zənglərdən birində məqsəd onu “bayram münasibətilə təbrik etmək”, ikincisi isə Qarabağda, təmas xəttində atışmalar zamanı Azərbaycan ordusunun şəhidlər verməsinə görə başsağlığı vermək idi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar