Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gənclər bizim səhvlərimizi təkrarlamasın” - Nisə Qasımova

Xalq artisti Nisə Qasımova “Ulduzlu yayım” proqramında qonaq olub...

Axşam.az xəbər verir ki, o, veriliş zamanı “Müğənnilərdən dostluq etdiyiniz şəxs var” sualına belə cavab verib:

“İnsanların çoxu şöhrətpərəstlik edir, mal-dövlət sahibi olmaq istəyirlər. O cür müğənnilərlə dostluq etmək istəmirəm. Mənimki onlarla alınmır. Amma sağlam münasibətlərim var. Kiməsə yardım etmək lazımdırsa, gözüm üstdə edirəm. Ağlıma belə gəlmir ki, özüm üçün, şöhrətim üçün yaşayam. Birincilik iddiasında olmamışam. İstəsəydim arxamda dayana biləcək yaxşı adamın paltarını geyinərdim, evimi də tikdirərdim, şöhrətimi də qazanardım. Nəticədə üstümdə saysız damğalar olacaqdı. Ailəmin üzünə necə baxacaqdım? Hansı yollarla bu pulu qazandım? Həyatda səhvsiz insan yoxdur. İstəyim odur ki, biz nə vaxtsa səhv etmişiksə, gənclər bu səhvlərə yol verməsinlər”.

Sənətçi “Olduğunuz yerdən razısınız” sualını “Allah məni hansı yerə lazım bilibsə, o yerdəyəm. Birinci yerdəyəm, yaxud axırdan birinci yerdəyəm bilmirəm. Amma razıyam. Evim-eşiyim var, maşınım, maaşım, suyum-çörəyim var. Mənə bundan artıq nə lazımdır?” deyə, cavablandırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar