Bazar, 13 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb  

Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Samir Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0.3 qram çəkidə narkotik maddə olan “metamfetamin” aşkar edilib. S. Hüseynovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, narkotik maddəni tanışı Mətləb adlı şəxs 10 manata satıb. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Mətləb Əliyev saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərindən isə 0.33 qram narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb. Keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İqbal Əlisgəndərov saxlanılıb, polis idarəsində üzərinə baxış keçirilən zaman 1.25 qram narkotik maddə “heroin” aşkar edilib. İdarə əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Asif Bağırov da saxlanılıb, onun üzərindən 0.2 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Hüseyn Allahverdiyev saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 3.17 qram çəkidə narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - Yenilənib

Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb - Foto, Video, Yenilənib

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - Yenilənib

Hizbullah üçün peycerləri İran şirkəti alıb - Ölkə qarışdı…

Qroznıda yanacaqdoldurma stansiyasında partlayışda ikisi uşaq olmaqla, 4 nəfər ölüb

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

XİN: Erməni əsilli hərbi cinayətkarların azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil

Erməni işğalçıların viran qoyduğu Füzuli: Dirçələn şəhər - Video

Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq

Ərdoğan: Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay