Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarovun cinayət işi məhkəmədə

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Ramiz Yediyarovun barəsində cinayət işi qaldırılıb və artıq iş üzrə istintaq tamamlanıb, materiallar baxılmaq üçün məhkəməyə göndərilib.

Yediyarovun işinə Gədəbəy Rayon Məhkəməsində hakim Marif Kazımov baxacaq, iş üzrə hazırlıq iclası avqustun 18-nə təyin edilib.

R.Yediyarov Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham edilir. Bu iş üzrə zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.

Yediyarov 1966-cı ildə Ermənistanın Vedi rayonunda anadan olub, uzun illər vergi orqanlarında işləyib. 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini tutub. 2012-ci ildə Gədəbəyə icra hakimiyyətinin başçısı təyin edilib və 2018-ci ilə qədər bu vəzifədə işləyib. İcra başçısı olduğu dövrdə onun barəsində sahibkarlar tərəfindən çoxsaylı şikayətlər edilirdi, Yediyarov sahibkarların obyektlərini sökdürməkdə, yaxud qapılarını hördürməkdə günahlandırılırdı.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar