Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Qəhrəmanlı işgəncələrə məruz qalıb? – DİN məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə AXCP funksioneri Fuad Qəhrəmanlı və Seymur Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xİdmətinin rəisi Ehsan Zahidov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Sosial mediada iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilənlərdən biri - Seymur Əhmədovun saxlanma yerində fiziki təzyiqlərə, işgəncə və zorakılığa məruz qalması ilə əlaqədar həqiqətə uyğun olmayan uydurma və qərəzli informasiyalar yayılıb. Bununla əlaqədar DİN rəhbərliyinin göstərişi ilə əməkdaşlar saxlanma yerində olub Seymur Əhmədovun izahatını alıblar, saxlanma şəraiti və sağlamlığı ilə maraqlanıblar. S.Əhmədov barəsində yazılanları birmənalı olaraq təkzib edib, hər hansı zorakılığa və işgəncəyə məruz qalmadığını, saxlanma şəraitindən, sağlamlığından şikayətinin olmadığını bildirib.

O ki, qaldı Fuad Qəhrəmanlı ad və soyadlı şəxsin guya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində  işgəncələrə məruz qalması iddialarına, birmənalı və qəti şəkildə bildirirəm ki, Fuad Qəhrəmanlı ad və soyadlı şəxs ümumiyyətlə qeyd olunan İdarəyə gətirilməyib və orada olmayıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Bu, qərəzdən irəli gələn iddialardır".

pia.az 


Etiket: DİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ən çox oxunanalar