Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Ələsgərov və Mədət Quliyev MDB ölkələri xüsusi xidmət orqanları rəhbərlərinin iclasında


Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 41-ci iclası başlayıb


Virtualaz.org-un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin adından görüş iştirakçılarını salamlayan Azərbaycan Prezidentin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində iclasın rolunu qeyd edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev ümumi təhlükəsizliyə qarşı təhdidlərin, eləcə də terrorizm, ekstremizm və mütəşəkkil cinayətkarlığın digər növlərinin qarşısının alınmasında aktuallıq daşıyan məsələlərin bu formatda müzakirəsinin regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə konkret töhfə verəcəyinə əminliyini söyləyib.

Qeyd olunub ki, dünyada artan terror aktivliyi, dini-radikal və ekstremist qruplaşmaların transmilli mütəşəkkil cinayətkarlıqla birləşməsi daha sıx əməkdaşlıq, bu çağırış və təhdidlərə cavab vermək üçün yeni və səmərəli yolların işlənib hazırlanmasını tələb edir.

Tədbir çərçivəsində M.Quliyev Rusiya, Belarus, Tacikistan, eləcə də tədbirdə qonaq qismində təmsil olunan Almaniya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar