Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransanın Ermənistana hərbi əməkdaşlıq təklifi... - Azərbaycan üçün narahatedici məqamlar varmı?

Fransanın xarici işlər naziri İrəvanda deyib ki, ölkəsi Ermənistanla hərbi saziş imzalamağa hazırdır...

Hərbi-ekspert: “İndiki halda Ermənistanın Fransa ilə hərbi əməkdaşlığı etməsi zərurətdəndir. Çünki 44 günlük müharibədən sonra Ermənistan Silahlı Qüvvələrinin və hərbi texniki parkının 60-70 faizi sıradan çıxarılıb”.

“Ermənilər Azərbaycana və yaxud da hansısa bir dövlətə güc nümayiş etdirmək üçün bunu etmirlər. Ermənistan öz təhlükəsizliyini təmin etmək, ordunu ən azından 27 sentyabr 2020-ci ildə olan vəziyyətə gətirmək üçün kim onlara silah satırsa, onlarla əməkdaşlıq edir”.

Bu sözləri hərbi-ekspert Elxan Şıxalıyev Fransanın Ermənistana təklif etdiyi hərbi əməkdaşlığı Poliqon-a şərh edərkən qeyd edib.

Fransanın xarici işlər naziri İrəvanda deyib ki, ölkəsi Ermənistanla hərbi saziş imzalamağa və Ermənistana hərbi texnika satmağa hazırdır. Fransanın Ermənistana etdiyi bu təklifin Azərbaycan üçün problemli və narahatedici məqamları varmı? Digər tərəfdən, Fransanın KTMT üzvü olan bir ölkəni silahlandırması NATORusiyada necə qarşılana bilər?

Mövzunu Poliqon-un əməkdaşı hərbi-ekspert Elxan Şıxalıyev ilə müzakirə edib.

Elxan Şıxalıyev: “Ən azından 5 il müddətinə Ermənistan bizə təhdid və təhlükə yaradacaq bir orduya sahib olmayacaq”.

Əgər Fransa 5 ilə Ermənistanı silahlandırmağa başlasa, bu illərdə Azərbaycan Silahlı Qüvvələrinin də yerində saymayacağını vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri 4-cü, 5-ci nəsil texnologiyaları ilə dəstəklənən silahlara malik olan bir ordudur:

“İndiki halda Ermənistanın Fransa ilə hərbi əməkdaşlığı etməsi zərurətdəndir. Çünki 44 günlük müharibədən sonra Ermənistan Silahlı Qüvvələrinin və hərbi texniki parkının 60-70 faizi sıradan çıxarılıb. Hazırda şərti sərhəddəki Ermənistana Silah Qüvvələrinin ən azı beş ordu korpusu var. Bunlardan biri ehtiyatda, dördü biznən şərti sərhəddə təmasdadır. Onların ştat strukturuna görə hərbiçiləri olsa da, zirehli texnikaları, arterialları, hava hücumundan müdafiə sistemləri yoxdur.

Əslində, Ermənistan hakimiyyəti hərbçilərdən yüksək döyüş əməliyyatları tələb edir. Hərbiçilər də hakimiyyətdən hərbi texnika tələb edirlər. Məsələ bundan ibarətdir ki, ermənilər Azərbaycana və yaxud da hansısa bir dövlətə güc nümayiş etdirmək üçün bunu etmirlər. Ermənistan öz təhlükəsizliyini təmin etmək, ordunu ən azından 27 sentyabr 2020-ci ildə olan vəziyyətə gətirmək üçün kim onlara silah satırsa, onlarla əməkdaşlıq edir.

Eyni zamanda Fransanın Ermənistana silah satmasında iki məqsədi var.

Birincisi, hər hansı ölkənin hərbi texniki parkında boşluq yaranırsa, başqa ölkə ona silah satmaqla hərbi bazarlıq edir. Fransa indi Ermənistanla bunu etmək istəyir;

İkincisi də, Rusiya ilə geosiyasi savaş gedir. Kim Rusiyanın Ermənistandan hərbi gücünü sıfırlayıb çıxara bilsə, həmin ölkənin də silahları, texnikaları Ermənistan Silahlı Qüvvələrində olacaq.

Elxan Şıxalıyev: “Ehtiyyatlanacağımız məqam odur ki, Ermənistanda Rusiyanın, Fransanın, ABŞ-ın, Avropa İttifaqının hərbi gücünün sahəyə enməsi Suriya variantını yarada bilər”.

Düşünürəm ki, ən azından 5 il müddətinə Ermənistan bizə təhdid və təhlükə yaradacaq bir orduya sahib olmayacaq. Ermənistan ordusunu ayağa qaldırmağa çalışacaq. Amma sırf Azərbaycana qarşı müharibə edə biləcək ordu halına gəlməyəcəklər. Təbii olaraq, şərti sərhəddə atəşkəsin pozulması lokal xarakter daşıyacaq.

Əgər Fransa 5 ilə Ermənistanı silahlandırmağa başlasa, bu illərdə Azərbaycan Silahlı Qüvvələri də yerində saymayacaq. Azərbaycan Silahlı Qüvvələri 4-cü, 5-ci nəsil texnologiyaları ilə dəstəklənən silahlara malik olan bir ordudur. Artıq 6-cı nəsil silahları ilə də dəstəklənən silahlar dövriyyəyə buraxılmağa başlayıb. Buna görə də, ehtiyyatlanacağımız məqam yoxdur.

Ehtiyyatlanacağımız məqam odur ki, Ermənistanda Rusiyanın, Fransanın, ABŞ-ın, Avropa İttifaqının hərbi gücünün sahəyə enməsi Suriya variantını yarada bilər. Yəni, Fransa və Rusiyanın bu vəziyyətə gəlməsi Ermənistanın ərazisində heç də yaxşı nəysə vəd etmir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Natiq Miri: Erməni Apostol Kilsəsi əslində Ermənistan üçün ən böyük potensial təhlükə mənbəyidir...

İsmayıllıda göldə batan şəxsin meyiti tapılıb - Yenilənib, Video

DSMF-nin builki büdcəsinə əlavə və dəyişikliklərin edilməsinin səbəbləri açıqlanıb

Ən çox oxunanalar