Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransalı tarixçi: “Təxribat strategiyası erməni millətçiliyinin çox köhnə ideyasıdır”

“Təxribat strategiyası erməni millətçiliyinin çox köhnə ideyasıdır”...

Oxu.Az xəbər verir ki, bunu fransız tarixçi, politoloq, Avrasiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı Maksim Qauen Azərbaycanın dövlət sərhədində Ermənistanın törətdiyi son hərbi təxribatlara və yaranmış duruma münasibət bildirərkən deyib.

Politoloq hesab edir ki, bu təxribatları erməni komandanlığının tərkibində məlum havadarlarının köməyi ilə yeni müharibə arzusunda olan, azərbaycanlıların əvvəllər işğal olunmuş ərazilərə qayıtmasının qarşısını almaq istəyən revanşist zabitlər həyata keçirirlər: “Nikol Paşinyanın onların tərəfində olduğunu düşünmürəm. O, həqiqətən də dövlət çevrilişindən qorxduğu üçün orduda təmizlik aparmadı”.

Ekspertin fikrincə, sentyabrda vəziyyətin gərginləşməsi Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda əhəmiyyətli irəliləyişin olması və Erməni İnqilab Federasiyasının (ARF) İrəvanda hakimiyyət dəyişikliyi etmək istəyi ilə bağlıdır.

Sülh əleyhinə nümayişlərin əsas təşkilatçıları arasında terrorçu, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsuluna sui-qəsd törətdiyinə görə Kaliforniyada məhkum edilmiş, hazırda Ermənistanda yaşayan Hampiq Sasunyanın da olduğuna diqqət cəlb edilib: “O, təxminən 40 il həbsdə olub. Paşinyan tərəfdarları tərəfindən linç edilmək riski olmasına baxmayaraq, yenə də öldürməkdən çəkinməyəcək. 1999-cu ildə Ermənistanın baş naziri Azərbaycanla sülh sazişinin imzalanmasını nəzərdən keçirdiyi üçün öldürülüb”.

M.Qauen nəzərə çatdırıb ki, Ermənistanın məlum havadarları Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunacaq sülh razılaşmasını istəmir və indiki kontekstdə (İsrail-Türkiyə-Azərbaycan üçbucağının yenidən yaradılması) Zəngəzur dəhlizi layihəsinə qarşı şiddətlə çıxır. Amma AzərbaycanErmənistan rəhbərləri arasında Zəngəzur dəhlizinin mahiyyəti ilə bağlı fikir ayrılıqları olsa da, onları danışıqlar yolu ilə həll etmək mümkündür.

Təxribat strategiyasının erməni millətçiliyinin 1890-cı ildən əl atdığı çox köhnə ideya olduğunu xatırladan politoloq bildirib ki, məqsəd xarici müdaxiləni təhrik etməkdir. Amma bu dəfə təxribatçıların Azərbaycanın balanssız cavab verəcəyi ümidi puça çıxıb: “Azərbaycan Ordusu Ermənistanın döyüş vasitələrini məhv etdi, yüzlərlə hərbçini öldürdü və strateji yüksəklikləri ələ keçirərək sərhədi təkbaşına demarkasiya etdi”.

pia.az 


Etiket: Maksim Qauen


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Ən çox oxunanalar