Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa radiosu Füzuli haqqında reportaj yayımladı - Fotolar

Fransanın beynəlxalq radiosu “RFİ” Azərbaycanın Ermənistan işğalından azad edilən Füzuli rayonundan reportaj hazırlayıb.

PİA.az xəbər verir ki, reportajda 1990-cı illərin əvvəllərində ermənilərin işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan biri olan Füzulidə heç bir evin, kiçik ticarət mərkəzinin, hətta fermanın belə olmadığı diqqətə çatdırılır.

Qeyd edilir ki, 30 ildir erməni işğalı altında qalan Füzuli boş səhranı xatırladır. Bildirilir ki, indi yalnız müharibə izlərinin göründüyü rayon bu il oktyabrın 17-də Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilib.

Müəllif vurğulayır ki, FüzuliAzərbaycan ordusu tərəfindən məhv edilmiş erməni hərbi texnikası sovet dövrünə aiddir. Əvəzində isə Azərbaycanın son illərdə hərbi sahəyə kifayət qədər büdcə ayırıb və ordunu müasir texnika ilə təmin edib.

Eyni zamanda, qeyd olunub ki, doğma evlərinə qayıtmaq istəyi ilə yaşayan Füzuli sakinləri bu yerlərin minalardan təmizlənməsi, eləcə də, burada yaşayış infrastrukturunun yaradılması üçün bir neçə il gözləməli olacaqlar.

Reportajda, həmçinin, bildirilib ki, burada uzun müddət heç kim yaşamayıb və şəhər yalnız dağıntılardan ibarətdir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Ən çox oxunanalar