Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Ermənistanın təhlükəsizliyini təmin edə biləcəkmi?

Keçən həftə Ermənistan və Fransa arasında hərbi sahədə, o cümlədən silah təchizatı ilə bağlı müqavilələr imzalandı...

Hərbi-ekspert: “Azərbaycanla düşmən münasibətdə olan Fransa Ermənistan üçün yaxşı bir seçimdir. Lakin Fransanın Ermənistana verdiyi silahlar heç bir halda Azərbaycan ilə işğalçı ölkə arasındakı güc balansına ciddi təsir etməyəcək”.

“Hazırda Ermənistanın təhlükəsizlik konsepsiyası tamamilə darmadağın bir vəziyyətdədir. Hindistan və Fransadan verilən barmaqla sayılacaq silahlarla bu vəziyyəti düzəltmək mümkün deyil”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Fransanın Ermənistana silah-sursat verməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Fransanın müdafiə naziri Sebastian Lekornu ötən həftənin sonunda Ermənistana səfər etdi və iki ölkə arasında bir sıra hərbi sahədə, o cümlədən silah təchizatı ilə bağlı müqavilələr imzalandı. Eyni zamanda naziri silah istehsalı ilə məşğul olan böyük şirkətlər də bu səfərdə müşaiyət eləyib.

Fransanın Ermənistanla hərbi əməkdaşlığının hazırkı səviyyəsini necə dəyərləndirmək olar və Rusiyadan silah təchizatını dayandıran Ermənistan Fransa ilə əməkdaşlıq nəticəsində öz təhlükəsizliyini təmin edə biləcəkmi?

Fransa-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Fransa heç bir zaman Ermənistanın təhlükəsizliyinə zəmanət verə bilməyəcək”.

Ermənistanın regiondan kənar qüvvələri Azərbaycanla şərti dövlət sərhəddinə cəlb etməklə atəşkəs pozuntularına daha intensiv şəkildə yol verməyə başladığını xatırladan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, əslində bu Ermənistanın növbəti dəfə regionda gərginlik yaratmaq niyyətindən xəbər verir:

“İkinci Qarabağ müharibəsində böyük texnika, silah-sursat, şəxsi heyət və ərazi itkilərinə məruz qalan Ermənistan hazırda yeni bir təhlükəsizlik çətiri axtarışındadır. Azərbaycanla düşmən münasibətdə olan Fransa Ermənistan üçün yaxşı bir seçimdir. Lakin Fransanın Ermənistana verdiyi silahlar heç bir halda Azərbaycan ilə işğalçı ölkə arasındakı güc balansına ciddi təsir etməyəcək.

Digər tərəfdən isə, Fransa və ya Hindistan tərəfindən verilən bəzi silah sistemləri Ermənistanın mövcud hava hücumundan müdafiə qoşunlarının imkanları ilə qarşılıqlı əlaqəsini yaratmaq elə də asan olmayacaq. Belə bir inteqrasiya prosesini həyata keçirmək müəyyən qədər zaman tələb edəcək. Eyni zamanda bu silahlardan istifadə edə biləcək heyətin hazırlığı, servis xidmətləri, texniki qulluq və sair məsələlər barədə suallar da hələ də açıq olaraq qalmaqdadır.

Ədalət Verdiyev: “Nəticə etibarilə, bütün bu proseslər Ermənistanın darmadağın olan təhlükəsizliyinə daha da böyük təhdidlər yaradır”.

Hazırda Ermənistanın təhlükəsizlik konsepsiyası tamamilə darmadağın bir vəziyyətdədir. Hindistan və Fransadan verilən barmaqla sayılacaq silahlarla bu vəziyyəti düzəltmək mümkün deyil. Digər tərəfdən isə, Ermənistan regiondan kənar qüvvələr Azərbaycanla şərti dövlət sərhəddinə cəlb etməklə atəşkəs pozuntularına daha intensiv şəkildə yol verməyə başlayıb. Bu isə Ermənistanın növbəti dəfə regionda gərginlik yaratmaq niyyətindən xəbər verir.

Nəticə etibarilə, bütün bu proseslər Ermənistanın darmadağın olan təhlükəsizliyinə daha da böyük təhdidlər yaradır. Fransa heç bir zaman Ermənistanın təhlükəsizliyinə zəmanət verə bilməyəcək. Çünki Fransa regiondan çox uzaq, Azərbaycan əsgəri isə Ermənistana çox yaxındır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar