Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Avropada təsirinin artmasının qarşısını almaq üçün Avropa İttifaqını genişlənməyə çağırıb…
Avropa İttifaqı (Aİ) Rusiyanın Avropada təsirinin artmasının qarşısını almaq üçün genişlənməlidir.
Poliqon “RİA Novosti” Afentliyinə istinadən xəbər verir ki, bu çağırışı Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Lorens Bun edib.
“Aİ Ukrayna və Balkan ölkələrinin suverenliyinə hörmət edərək, Rusiyanın təsir strategiyası ilə mübarizə aparmaq üçün maksimum dərəcədə kömək etməlidir”, deyə Lorens Bun bildirib.
Fransa rəsmisi hesab edir ki, Brüssel Moskvanın Avropa İttifaqını zəiflətmək istəyinə qarşı mübarizə aparmalıdır. Onun sözlərinə görə Rusiya bloka qoşulmamaq üçün digər ölkələrə təzyiqlər edir, ona görə də Aİ belə ölkələrə aydın siqnal göndərməlidir.
Poliqon.info