Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Formula 1-i işıqlandıracaq jurnalistlərə xəbərdarlıq


Bu il iyunun 23-dən 25-dək Bakıda baş tutacaq Azərbaycan Qran Prisi üçün yerli medianın qeydiyyatı prosesi davam etdirilir


Teleqraf.com  xəbər verir ki, Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) vasitəçiliyi ilə aparılan bu proses aprelin 5-i, saat 17:00-da başa çatacaq.
 
 BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli media nümayəndələrini tezliklə qeydiyyatdan keçməyə çağırıb: “Ötən il böyük uğurla Bakıda reallaşdırdığımız ilk Formula 1 Qran Prisi zamanı yarışı izləyən jurnalistləri Beynəlxalq Avtomobil Federasiyasının müvafiq standartlarına uyğun iş şəraiti ilə təmin etmişdik. Həm xarici, həm də yerli jurnalistlər onlar üçün yaradılmış şəraitdən olduqca məmnun qalmışdılar. Bu il Azərbaycan Qran Prisindədaha yaxşı şəraiti təmin etmək üçün gərəkli hazırlıqlara indidən başlamışıq və çalışırıq ki, maksimum sayda yerli media nümayəndəsi qeydiyyatdan keçsin və Bakıda baş tutacaq növbəti Formula 1 yarışını yerində canlı izləyərək bu yarışı yüksək səviyyədə işıqlandıra bilsin. Əməliyyat şirkəti olaraq bütün yerli jurnalistlərə bir daha müraciət edirik ki, sayılı günlərin qaldığını nəzərə alaraq qeydiyyatdan keçməyə tələssinlər və onlar üçün təqdim olunan bu əvəzolunmaz fürsəti əldən verməsinlər”.

Qeyd edək ki, akkreditasiyadan uğurla keçən jurnalistlər pilotlarla yanaşı komandaların texniki heyətləri ilə görüşmək və onlardan müsahibə almaq imkanına sahib olacaqlar. Eyni zamanda jurnalistlər yarış həftəsonu ərzində keçirilən bütün mətbuat konfranslarında da iştirak edərək öz suallarını əlaqədar şəxslərə birbaşa ünvanlaya biləcəklər.Bundan əlavə, akkreditasiya sahiblərini dünya ulduzlarının iştirakı ilə baş tutacaq əyləncəvi konsert proqramları da gözləyir.

Akkreditasiyadan keçmək istəyən media nümayəndələri https://www.bakucitycircuit.com/az/media/media-accreditation keçidinə daxil olaraq müvafiq formanı doldurmalıdırlar. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar