Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiyada Respublika Günü qeyd edilib


Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) təşkilatçılığı ilə 28 May - Respublika Günü Helsinkidə qeyd edilib


Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, “Caisa” Mədəniyyət Mərkəzində baş tutan bayram tədbirində Azərbaycan diasporunun təmsilçiləri ilə yanaşı, Türkiyə Respublikasının Finlandiyadakı səfiri Adnan Başağ və səfirliyin əməkdaşları, Finlandiyada fəaliyyət göstərən türk, çex, rus, ingilis, tatar və digər xalqların diaspor təşkilatlarının nümayəndələri, fin ictimaiyyətinin üzvləri iştirak edib.  

Cümhuriyyətin növbəti ildönümü Azərbaycan himinin sədaları ilə başlayıb, daha sonra Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay qonaqları salamlayıb və Azərbaycan Demokratik Respublikasının (ADR) yaranma tarixi haqda iştirakçılara məlumat verib.

ADR-in keçdiyi iki illik şərəfli tarix barədə qısa məlumatdan sonra A.Oqtay Azərbaycanın 70 il sonra yenidən öz müstəqilliyini bərpa etdiyini iştirakçıların diqqətinə çatdırıb və bugünkü müstəqil Azərbaycan Respublikasının inkişafından danışıb.

28 May - Respublika Gününə həsr olunan tədbirdə bu günlərdə Bakıda baş vermiş dəhşətli yanğında həyatını itirənlərin xatirəsi də anılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar