Bayıl stadionunda quraşdırılmış süni ot örtüyü FIFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
Qeyd edək ki, 2012-ci ildə istifadəyə verilən “Bayıl Arena”, ümumilikdə, 3200 nəfər azarkeş tutumuna malikdir.
pia.az