Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in psixoloji yardımla bağlı qaynar xəttinə müraciətlərin sayı açıqlanıb

PİA.az FHN Mətbuat xidmətinə istinadən məlumat verir ki, ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlara dəstək olmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən “112” qaynar telefon xətti vasitəsilə nazirliyin peşəkar psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi işi təşkil olunub.

Növbəlilik əsasında 24 saat fasiləsiz xidmət aparan FHN-in xüsusi hazırlıqlı psixoloqları vətəndaşlara lazımi psixoloji yardım göstərirlər. Ötən müddət ərzində psixoloji yardımla bağlı Bakı şəhəri və respublikanın müxtəlif regionlarından qaynar xəttə 1400-dən çox müraciət daxil olub. Müraciətlər, əsasən, COVID-19 infeksiyasına özlərinin və yaxınlarının yoluxma riskindən narahatlıq keçirən, yaşlı ailə üzvlərinə görə gərginlik yaşayan, təklikdən və ünsiyyət azlığından əziyyət çəkən, psixoloqlarla üzbəüz danışmaqdan sıxılan, psixosomatik əlamətlər yaşayan və digər psixoloji problemlərlə üzləşən vətəndaşlar tərəfindən olub.

Qeyd edək ki, psixoloji yardımın təşkil olunmasında əsas məqsəd vətəndaşları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejimi dövründə onlara kömək etməkdən ibarətdir. Bununla bağlı vətəndaşlar Nazirliyin “112” qaynar telefon xəttinə sutkanın istənilən vaxtı zəng vurub müvafiq psixoloji dəstək ala bilərlər.

pia.az


Etiket: FHN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar