Vəkil Burak Bəkiroğlu Fətullah Gülənin ağır vəziyyətdə reanimasiyada olduğunu bildirib. Onun sözlərinə görə FƏTÖ lideri artıq iki gündür ki, konadadır və onun bədəni həddindən artıq gücdən düşüb.
PİA.az xəbər verir ki, FTB Gülənin müdafiəsini təşkil etmək məqsədi ilə işə qarışıb, ABŞ səhiyyə nazirliyi isə Gülənin həyatını xilas etmək üçün bütün imkanlarını səfərbər edib. Yaxın günlərdə həkimlər analizlərə əsasən onun vəziyyətini və qısa müddət ürək dayanmasının yaratdığı problemlərlə bağlı məlumat yayacaqlar.
Hazırda isə Gülənin həyatla ölüm arasında olduğu bildirilir.
Gülənin komada olduğu iki gün müddətində isə FƏTÖ təşkilatının Ali Heyəti və Məşvərət Şurasının bir neçə toplantı keçirdiyi bildirilir.
pia.az