Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərid Şəfiyev: “Ermənilər boş yerə nəyəsə ümid bəsləməsinlər, Azərbaycan geri çəkilməyəcək”

“Ermənilər ümid edirlər ki, Azərbaycana təzyiqlər olacaq və rəsmi Bakı geri çəkiləcək, ancaq bilməlidirlər ki, bu, baş tutmayacaq”...

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O ermənilərin nəinki Azərbaycanın, hətta Rusiyanın da göndərdiyi ərzağı qəbul etməmə səbəblərindən söz açaraq bildirib ki, burada məsələ humanitar yardım deyil. F.Şəfiyevin sözlərinə görə, ermənilərin əsas niyyəti Laçın yoluna nəzarət etməkdir: “1992-ci ildə ŞuşaLaçını itirdikdən sonra bizim strateji baxımından vəziyyətimiz pisləşdi. Çünki ermənilər məhz Laçın vasitəsilə hərbçiləri Qarabağda yerləşdirdilər, sonra da Kəlbəcərə iki istiqamətdən hücum edib oranı da işğal etdilər. Yəni Laçın coğrafi mövqeyinə görə olduqca əhəmiyyətli bir ərazidir”.

BMTM sədri diqqətə çatdırıb ki, Qarabağın erməni sakinləri heç bir yardım qəbul etməməklə dünyadan özlərinə dəstək gözləyirlər: “Onlar fikirləşirdilər ki, uduzsalar da, Qarabağda ermənilər var, Laçın yolu vasitəsilə onları dəstəkləyəcək, istədikləri kimi oraya hərbçilər göndərəcəklər. Ancaq Azərbaycanın oraya sərhəd-buraxılış məntəqəsi qurması ilə Ermənistanın planları puç oldu. Post qurulduqdan sonra dinamika tamamilə dəyişdi. Elə buna görə də indi heç bir yardımı götürmürlər, təəssüf ki, dünyada onların bu addımını dəstəkləyən qüvvələr də var. Ermənilərin niyyəti budur ki, Laçın yolu onların nəzarətinə verilsin, ondan sonra nəsə qəbul etsinlər. Amma bilməlidirlər ki, Laçında Azərbaycan gömrükçüləri və sərhədçiləri onlara həmişə nəzarət edəcəklər, yoxlamadan keçəcəklər, vergi ödəyəcəklər. Ermənilər bunu istəməsələr də, reallıq belədir və dəyişməyəcək”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

Avropa Parlamenti Gürcüstana ayrılan maliyyənin dondurulmasını tələb edib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

“Mədəniyyət Nazirliyi araşdırma başladıb” - Müğənnilərdən açıqlama - Foto

Dağıstanda Rusiya-Azərbaycan sərhədində portal təftiş-yoxlama kompleksinin təmiri başa çatıb

Ən çox oxunanalar