Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərid Qayıbov: “Qarabağ”dan “Bayer 04”ə qarşı yaxşı oyun gözləyirik

“Qarabağ”dan “Bayer 04”ə qarşı yaxşı oyun gözləyirik.

Bunu “Report”a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

Nazir Almaniya Bundesliqasında turnir cədvəlinə başçılıq edən və bu mövsüm heç bir turnirdə uduzmayan Leverkuzen təmsilçisinin çox güclü komanda olduğunu bildirib: “Bayer 04”ü çox yaxşı tanıyırıq, olduqca güclü kollektivdir. Almaniya komandası barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Buna baxmayaraq, “Qarabağ”a güvənirik. Sabah hamımız komandamıza azarkeşlik edəcəyik”.

Fərid Qayıbov Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk görüşə böyük maraq olduğunu söyləyib: “Sabah çox vacib oyun olacaq. Hamımız “Qarabağ”ımıza inanırıq. Biletlər öncədən satılıb. Bu da o deməkdir ki, “Qarabağ” sevilir və bu komandanın matçına böyük maraq var. Onlar öz oyunları ilə bunu qazanıblar. Azarkeşlər məhz “Qarabağ”ın baxımlı çıxışına görə tribunaları doldurur, komandanı dəstəkləyirlər”.

Gənclər və idman naziri “Qarabağ”ın pley-off mərhələsində Portuqaliya “Braqa”sı üzərində uğurunu (4:2, 2:3) da xatırlayıb: “Azərbaycan futbol tarixində ilk dəfədir ki, bir klubumuz Avropa Liqasında 1/8 final mərhələsinə qədər irəliləyib. “Qarabağ” pley-off mərhələsində “Braqa” önündə möhtəşəm performans sərgilədi”.

F.Qayıbov qarşılaşma zamanı Azərbaycan çempionunu stadiondan dəstəkləyəcəyini vurğulayıb.

Qeyd edək ki, martın 7-də keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandaların cavab matçı martın 14-də Leverkuzendə olacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar