Çərşənbə axşamı, 04 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: Yaxın 2-3 ay ərazində Azərbaycan və Ermənistan konkret sülh müqaviləsi imzalaya bilər...

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birlikdə növbəti dəfə tanıdı...

Siyasi-şərhçi: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Praqada tanımışdı. İndi isə yenidən təsdiq etdi və tanıdı”.

Ermənistan üçtərəfli görüşlərdən imtina edirdi. Yerəvan görüşdən imtina etməsinə Laçın yolunda ekoloji aksiyanın olmasını səbəb kimi gətirirdi. Amma altı ay keçməmiş və artıq Laçından nəzarət buraxılış məntəqəsi ola-ola Paşinyan Brüssellə görüşə getdi”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov AzərbaycanErmənistan liderlərinin Brüssel görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Brüsseldə keçirilən görüşdə əldə olunan razılaşmlar arasında Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birlikdə növbəti dəfə tanıyıb. Həmçinin tərəflər Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəliblər.

Bəs İrəvan bu razılaşmalara sadiq qalacaqmı və hazırda gəldiyimiz vəziyyətdə tərəflər sülhə nə qədər yaxındır?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Əgər öncələr Rusiya vasitəçiliyi ilə qəbul olunan sənədlər əsas təşkil edilirdisə, artdıq Qərb vasitəçiliyi ilə qəbul olunan razılaşmalara Rusiya vasitəçiliyi ilə təsdiq edilir”.

Yaxın 2-3 ay ərazində konkret sülh müqaviləsinə gələ bilinəcəyini proqnoz edən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, əks halda bu həftələr, aylar ərzində Ermənistan tərəfinə yenidən təxribatlar baş versə, Azərbaycan birtərəfli addımlarını atacaq:

“Brüssel görüşünün ən vacib məqamı ondan ibarətdir ki, Brüssel formatı bərpa olundu. Yəni, Makronun neqativ təsirləri nəticəsində bu formatın fəaliyyəti dayanmışdı. Buna görə də üçtərəfli görüşlər olmurdu. O da nəzərə alınmalıdır ki, Ermənistan üçtərəfli görüşlərdən imtina edirdi. Yerəvan görüşdən imtina etməsinə Laçın yolunda ekoloji aksiyanın olmasını səbəb kimi gətirirdi. Amma altı ay keçməmiş və artıq Laçından nəzarət buraxılış məntəqəsi ola-ola Paşinyan Brüssellə görüşə getdi.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Praqada tanımışdı. İndi isə yenidən təsdiq etdi və tanıdı. Artıq ərazimizlə bağlı kv km-lər səsləndirlir ki, burada hər hansısa bir qeyri,müəyyənlik qalmasın. Zəngəzur dəhlizi ilə bağlı isə fikir verdinizsə, Şarl Mişel ancaq dəmir yolu haqqında fikir söylədi. Avtomobil yolu məsələsi hələ də açıq qalır. Amma biz yaxın gələcəkdə Paşinyanın Ermənistan ərazisində növbəti iki gömrük postunun yaradılması ilə bağlı sərəncamını gözləməliyik.

Həmçinin Azərbaycanın Ermənistanda olan iki əsir hərbiçilərinin Azərbaycanda əsirdə olan hərbiçilərlə dəyişdirilməsi Yerəvanın bu razılaşmalara ciddi yanaşmasına göstərici olacaq. Eyni zamanda şərti sərhəddə təxribatların olmaması da bir göstərici olacaq. Demək olar ki, proses dinamikasını itirmir. ABŞ-da götürülən bu surət davam etdirirlər.

Fərhad Məmmədov: “Zəngəzur dəhlizi ilə bağlı Şarl Mişel ancaq dəmir yolu haqqında fikir söylədi. Avtomobil yolu məsələsi hələ də açıq qalır”.

Bu platformada nail olunan irəliləyişlər böyük ehtimalla ayın 19-u Rusiyada təkrar olunacaq. Əgər öncələr Rusiya vasitəçiliyi ilə qəbul olunan sənədlər əsas təşkil edilirdisə, artdıq Qərb vasitəçiliyi ilə qəbul olunan razılaşmalara Rusiya vasitəçiliyi ilə təsdiq edilir. Yəni, düşünürəm ki, hamı anlayır Azərbaycanın artıq o qədər də gözləmək niyyəti yoxdur. Azərbaycanın birtərəfli addımları da məhz bu danışıqların surəti və məzmunu baxımından daha da zəngin olmasını şərtləndirir.

Belə olan halda, əlbəttə ki, biz konkret nəticələri gözləyə bilərik. Bu nəticələrin nə vaxt olacağını biz proqnoz etsək, düşünürəm ki, yaxın 2-3 ay ərazində AzərbaycanErmənistan konkret sülh müqaviləsi imzalaya bilər. Əks halda bu həftələr, aylar ərzində Ermənistan tərəfinə yenidən sabataj baş versə, Azərbaycan birtərəfli addımlarını atacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - Yenilənib

Azərbaycanın batan səhiyyəsi: Avropada birinci, dünyada ikinci…

Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - Yenilənib

Azərbaycanda bu tarixdə güclü istilər müşahidə olunacaq: 50 dərəcədən yuxarı...

Bütün tapşırıqları Arif Rəhimovdan aldığını bildirdi

Aktrisa Sevinc Əliyeva açıq-saçıq səhnələr barədə danışdı: "Pula görə işləmişəm"

Natiq Miri: ABŞ və İsrailin planı müharibəni dayandırmayacaq...

Çempionlar Liqasının ən yaxşı futbolçusu bəlli olub

Ən çox oxunanalar