Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa aeroportda cərimə ödəməli oldu


Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Heydər Əliyev Beynəlxalq Hava Limanında yaşanan hadisə ilə bağlı sosial şəbəkədə xəbər yayıb


Deputat Facebook səhifəsində bildirib ki, oğlunu Macarıstana yola salmaq üçün bu gün sübh tezdən Heydər Əliyev Beynəlxalq Hava Limanına gedib.

Oğlu “Wizz Air” şirkətinin təyyarəsi ilə uçmalı imiş: “Bileti 18 gün öncə almışdım və sərnişinin oturacaq yeri də dəqiq təyin olunmuşdu. Baqajı təhvil verərkən məlum oldu ki, onlayn qeydiyyatdan keçməmişik. Bildirdim ki, əlimizdə bilet və dəqiq oturacaq yeri olduğu halda, niyə qeydiyyatdan keçməliyik və bu barədə bilet alarkən niyə xəbərdarlıq edilməyib?

Şirkətin təmsilçisi Elnarə adlı xanım cavab verdi ki, bu qaydanı şirkət müəyyən edib və 30 avro məbləğində cərimə ödəməlisiniz. Bunun yanlış olduğunu və müştəridən əsassız vəsait almaq məqsədi güddüyünü söylədikdə, xanım qayıtdı ki, xoşunuz gəlmirsə, bizim təyyarədə uçmayın.

Hər şeyi bir tərəfə qoydum, daha çox xanımın işlədiyi şirkətin imicinə nə qədər zərbə vurduğunu bir anlığa düşündüm. Adətən, Türk Hava Yollarında, eləcə də bizim AZAL-da hər dəfə bu sözlər yaddaşımda qalır: “Bizimlə uçduğunuza görə təşəkkür edirik”. Bu xanım isə sərnişinə kobud formada deyir ki, “xoşunuz gəlmirsə, uçmayın!” Pulu ödəyib uşağı yola saldım, ancaq bu məsələni araşdırmağa çalışacağam, çünki başqa insanlara qarşı da şirkətin bu cür addımlar atması mümkündür”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Ən çox oxunanalar