Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əzizinəm, qalasan, yaman günə qalasan” – Ziya Məmmədov

Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yazdığı iddia olunan şeirlərdən bir neçəsini əldə etmişik...

PİA.az Qaynarinfo-ya istinadən xəbər verir ki, keçmiş nazirə aid olduğu deyilən şeirləri onun yaxın çevrəsində olanlardan biri redaksiyamıza təqdim edib.

Xatırladaq ki, bir müddət əvvəl 67 yaşlı sabiq nazirin ibadətlə məşğul olduğu, mütəmadi olaraq Quranı mütaliə etdiyi və ara-sıra şeirlər yazdığı barədə verdiyimiz xəbər öz təsdiqini tapmışdı..

Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub. Vəzifədə olduğu dövrdə Azərbaycanın ən korrupsiyalaşmış məmurlarından hesab olunan sabiq nazirin kreslosunu itirdikdən sonra biznesinin və şəxsi varidatının böyük hissəsinin əlindən çıxmasına dair iddialar dolaşır.

Sabiq "nəqliyyat şefi"nin Ziya Hafiz imzasıyla yazdığı şeirlərdən bir neçəsini təqdim edirik:

Nəsihət

Aldanma dünyada şərə, yalana.

Dadanma zibaya, zərə, talana.

Nadanın haqqını aqil olana

Zalımın haqqını qula ver, getsin

Həyat dodağıma qonur ah kimi,

Bəzən nəğmə kimi, "Çahargah" kimi,

Nə fərqi qul kimi, ya da şah kimi -

Ömür də bir yoldu, yola ver, getsin

Daraldı dostların sırası, sayı,

İndi dualardı qəlbimin payı,

Hafiz, nə edirsən qızıl sarayı

Aldanma bu keyfə, hala, ver, getsin

*

Artıq payız fəslidir,

Yağış, külək, ayaz...

Könlüm dilə gəlir,

deyir yenə yaz...

Günəş yuxuludur, buludlar gümrah.

Darıxır budaqlarda mandarin, nar,

Qəlbimdə həsrətin kədəri var...

***

Əzizinəm dağdadı,

Arandadı, dağdadı.

Bülbül azıb meşədə,

Gülü isə bağdadı.

 

Əzizinəm, yar olsun,

Heyva olsun, nar olsun.

Dar gündə həyan olan

Köhnə dostlar var olsun.

 

Əzizinəm, qalasan,

Yaman günə qalasan.

Ötən günə gün çatmaz,

Günü-günə calasan.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar