Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evin tək uşaqları cəbhəyə göndərilməməlidir? - Deputatdan cavab

Milli Məclisdə evin tək uşaqlarının müharibəyə göndərilməsi təklif edilib...

Elman Nəsirov: “Tək uşaqların hərbi xidmətdə olması və yaxud da müharibəyə zamanı ön cəbhədə olması nəticə etibarilə onların gələcəkdə nəslinin qorunub-saxlanılması məsələsini sual altına alır”.

“Bu məsələ həssas məsələdir və məsələyə bir az diqqətlə yanaşmaq lazımdır”.

Bu sözləri PİA.az-a deputat Elman Nəsirov evin tək uşaqlarının müharibəyə göndərilməsi ilə bağlı Milli Məclisdə səsləndirilən təklifə münasibət bildirərkən deyib.

Qeyd edək ki, deputat Sabir Rüstəmxanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında evin tək uşaqlarının cəbhəyə göndərilməməsi təklifi ilə çıxış edib.

“Onsuz da Azərbaycanda ailələlərdə uşaqların sayı ildən-ilə azalır. Ona görə də təkuşaqlı ailələrdəki oğlanları döyüşlərə, cəbhəyə aparmaq lazım deyil. Vətən müharibəsində bəziləri aparıldı, amma bu, düzgün deyildi”, - deyə Sabir Rüstəmxanlı əlavə edib.

Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Elman Nəsirov ilə müzakirə edib.

Elman Nəsirov: “Evin tək uşağının ümumiyyətlə, hərbi xidmətdən azad edilməsi fikri ilə razılaşmıram. Bu hərbi xidmətdən yayınmalar üçün vasitəyə çevrilə bilər”.

Hər bir kişi cinsindən olan azərbaycanlının hərbi xidmətə getməli olduğunu vurğulayan millət vəkili PİA.az-a açıqlamasında qeyd edib ki, hər bir vətəndaş vətən qarşısında borcunu yerinə yetirməlidir:

“Mən evin tək uşaqlarının cəbhəyə göndərilməsi barədə bir neçə dəfə mövqe bildirmişəm. Hesab edirəm ki, tək uşaqların hərbi xidmətdə olması və yaxud da müharibəyə zamanı ön cəbhədə olması nəticə etibarilə onların gələcəkdə nəslinin qorunub-saxlanılması məsələsini sual altına alır. Evin yeganə övladı döyüşd,ə ön cəbhədə olanda şəhid olacağı təqdirdə, onun nəslinin davamı kəsilmiş olur. Buna görə də bu məsələ həssas məsələdir. Bu məsələyə bir az diqqətlə yanaşmaq lazımdır.

Amma evin ək uşağının ümumiyyətlə, hərbi xidmətdən azad edilməsi fikri ilə razılaşmıram. Bu hərbi xidmətdən yayınmalar üçün vasitəyə çevrilə bilər. Hər bir vətəndaş, hər bir kişi cinsindən olan azərbaycanlı hərbi xidmətə getməli və vətən qarşısında borcunu yerinə yetirməlidir.

Amma tək uşaqların ön cəbhədə olması barədə mən öz fikirlərimi Milli Məclisdə və müsahibələrimdə bir neçə dəfə ifadə etmişəm. Onlar arxa cəbhədə də qulluq edə bilərlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar