Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Estonlar Kaya Kallası Baş nazir kimi görmək istəmir

Estoniya vətəndaşlarının yalnız 16%-i hazırkı baş nazir Kaya Kallası vəzifəsində görmək istəyir...

Poliqon xəbər verir ki, bunu "Eesti Päevaleht" qəzetinin sifarişi ilə "Turu-uuringute" təşkilatının keçirdiyi sorğusu sübut edir.

Qeyd olunur ki, dekabrda keçirilmiş əvvəlki sorğu ilə müqayisədə Kaya Kallasın reytinqi iki faiz bəndi azalıb.

Estoniyanın Baş naziri postuna ən populyar namizəd 25% səs toplayan parlament partiyası "İsaamaa"nın (Vətən) sədri və Estoniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Urmasa Reynsaludur.

Üçüncü yeri Tallin şəhərinin meri Mixail Kilvart tutur. O, respondentlərin 13%-nin etimadını qazanıb.

Bundan əvvəl müxalifət nümayəndələri Estoniyanın baş naziri Kaya Kallası Rusiya ilə iş görən əri Arvo Halliklə qalmaqaldan sonra vəzifəsindən getməyə çağırıblar. Estoniyanın baş naziri mediada "Stark Logistics" nəqliyyat şirkətinin Rusiya ilə əməkdaşlığı davam etdirməsi ilə bağlı yayılan məlumatlara görə qalmaqalla üzləşib. Söhbət qismən baş nazirin ərinə məxsus olan şirkətdən gedir. Kaya Kallas özü ərinin işi haqqında demək olar ki, heç nə bilmədiyini təkid edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar