Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Estoniya rəsmi Bakının mövqeyini dəstəkləyir”


Parlamentin azərbaycanlı üzvü: “Eston xalqı və dövləti heç vaxt bunu unutmur ki...”


“Bu gün Estoniya dövləti, o cümlədən parlamenti Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması məsələsində rəsmi Bakının mövqeyini birmənalı dəstəkləyir”

Bunu APA-ya açıqlamasında Estoniya parlamentinin azərbaycanlı deputatı Eldar Əfəndiyev deyib.

Rəsmi Tallinin işğal faktını pislədiyini söyləyən Əfəndiyev bildirib ki, bir müddət əvvəl ermənilərin parlamentə təqdim etməyə cəhd göstərdikləri qondarma “erməni soyqırımı” layihəsi rədd edilib və hətta xəbərdarlıq olunub ki, belə bir layihə bir daha gündəmə gətirilməsin: “Bütün bunlar təbii ki, səbəbsiz deyil. Estoniya-Azərbaycan əlaqələrinin möhkəm olması ilə yanaşı, burada yaşayan azərbaycanlıların da bu məsələdə rolu çox böyükdür. Məsələn, azərbaycanlılar yeganə milli azlıqdır ki, 1988-ci ildə Estoniyada milli azadlıq hərəkatı başlayanda Estoniyanın müstəqilliyini açıq şəkildə dəstəkləyiblər. Bunu eston xalqı və dövləti heç vaxt unutmur. Bu mühiti dəyərləndirən Azərbaycan diasporu təbii ki, Azərbaycan və işğal olunmuş torpaqlarla bağlı yerli ictimaiyyəti yaxşı məlumatlandıra bilir”.

E.Əfəndiyevin sözlərinə görə, Estoniyada Azərbaycan cəmiyyətlərinin rolu xeyli güclənir və bu, tezliklə dövlət strukturlarında azərbaycanlıların yeni postlar tutması ilə nəticələnə bilər.

E.Əfəndiyev 1954-cü ildə Tallində doğulub və əslən Azərbaycanın Şəki rayonundandır. O, artıq ikinci dəfədir Estoniya parlamentinin deputatı seçilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar