Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsirlərin dəyişdirilməsində ciddi maneələr var - Ərəstun Oruclu

Razılaşmaya görə, 32 erməni hərbçisi 2 azərbaycanlı hərbçi ilə dəyişdiriləcək...

Siyasi-şərhçi: “Azərbaycan-Ermənistan sülh prosesində vasitəçilik edənlərin regiondakı geosiyasi maraqları indiki formatda, yəni ikitərəfli formatda zərbə, yaxud da sual altına düşür. Buna görə də, əminəm ki, bu razılaşmanın həyata keçməsində ən müxtəlif problemlər ortaya çıxa bilər”.

“Təbii ki, onlar bu addımı səmimi olaraq alqışlamırlar, amma sülh prosesini alqışlamadıqlarını deyə də bilməzlər”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu AzərbaycanErmənistanın hərbçilərlə bağlı atdıqları addımları Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, AzərbaycanErmənistan arasında razılaşmaya görə, 32 erməni hərbçisi 2 azərbaycanlı hərbçi ilə dəyişdiriləcək. İki tərəfli razılaşma əsasında əldə olunan bu irəliləyiş demək olar ki, bütün dünya siyasətçiləri arasında alqışla qarşılandı. Xüsusən, Qərbdən gələn siqnallar çox müsbət xarakterli idi.

Bu bəyanatları nə qədər səmimi hesab etmək olar və münaqişənin həllində özlərini vasitəçi olaraq təqdim edənlər münaqişənin həllində ikitərəfli səyləri doğrudan müdafiə edirlər?

Digər tərəfdən, bir neçə gün keçməsinə baxmayaraq, qarşılıqlı dəyişmənin hələ də baş tutmamasını nəylə əlaqələndirmək olar? İkitərəfli razılaşmanın həyata keçməsində hansısa problemlər ortaya çıxa bilərmi?

Azərbaycanla Ermənistan arasında hərbiçilərin dəyişdirilməsi prosesini Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Əsirlərin dəyişdirilməsində ciddi maneələr var. Məhz buna görə də, əsirlərin dəyişdirilməsi gecikir. Ciddi basqılar var, vasitəçisiz sülh danışıqlarının qarşısını almaq səyləri var və bu basqılar getdikcə daha da güclənəcək”.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yalnız və yalnız tərəflərin özlərinin iştirakı ilə imzalanmalı olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, yalnız bu halda hər iki ölkə öz suverenliyini, müstəqilliyini daha geniş şəkildə təsbit edə bilər:

“Əslində əsirlərin dəyişdirilməsi və qarşılıqlı olan jestlər Ermənistan tərəfindən Baş nazirin dəftərxanası və Azərbaycan tərəfindən Prezident Administrasiyası tərəfindən təklif olunmuşdu. Bunlar sülh prosesinin vasitəçisiz davam etdirilməsinə bir mesajdır və iradə nümayişidir. Biz gördük ki, dünənə qədər vasitəçilik iddiasında olan tərəflər də bildirdilər ki, onlar bunu alqışlayırlar. Həmin tərəflər başqa cür çıxış edə bilməzlər. Təbii ki, onlar bu addımı səmimi olaraq alqışlamırlar, amma sülh prosesini alqışlamadıqlarını deyə də bilməzlər.

Hesab edirəm ki, əsirlərin dəyişdirilməsində ciddi maneələr var. Məhz buna görə də, əsirlərin dəyişdirilməsi gecikir. Ciddi basqılar var, vasitəçisiz sülh danışıqlarının qarşısını almaq səyləri var və bu basqılar getdikcə daha da güclənəcək. Ona görə ki, Azərbaycan-Ermənistan sülh prosesində vasitəçilik edənlərin regiondakı geosiyasi maraqları indiki formatda, yəni ikitərəfli formatda zərbə, yaxud da sual altına düşür. Buna görə də, əminəm ki, bu razılaşmanın həyata keçməsində ən müxtəlif problemlər ortaya çıxa bilər. Məsələn xırda məsələyə görə tərəflərdən hansısa anlaşmanı poza bilər, yaxud atəşkəs pozula bilər, yaxud da bu və ya digər ölkənin daxilində ictimai-siyasi destablizasiya yarana bilər. Aydın məsələdir ki, bunların hamısının suni və yaxud məqsədli yaradılması mümkün olan hadisələrdir. Mən istisna etmirəm ki, buna ən azı cəhdlər də olacaq.

Ərəstun Oruclu: “İstənilən vasitəçinin vasitəçiliyi ilə aparılan sülh danışıqları, sonda əldə olunan sülh müqaviləsi hər şeydən əvvəl vasitəçinin marağına xidmət edəcək”.

Amma bütün bunlara baxmayaraq AzərbaycanErmənistan bu yolu, yəni ikitərəfli formatda sülhə nail olmaq yolunu getməlidir. Əks təqdirdə istənilən vasitəçinin vasitəçiliyi ilə aparılan sülh danışıqları, sonda əldə olunan sülh müqaviləsi hər şeydən əvvəl vasitəçinin marağına xidmət edəcək. Digər tərəfdən isə həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini məhvi başlanacaq.

Buna görə heç nəyə baxmadan bu prosesi davam etdirmək lazımdır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yalnız və yalnız tərəflərin özlərinin iştirakı ilə imzalanmalıdır. Yalnız bu halda hər iki ölkə öz suverenliyini, müstəqilliyini daha geniş şəkildə təsbit edə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar