Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanın silahlı hücumu qınanmalıdır”


ABŞ-ın “Cape Cod Times” qəzetində “Ermənistanın silahlı hücumu qınanmalıdır” adlı məqalə dərc edilib


Məqalədə 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə hücumundan və Ermənistanın Azərbaycana qarşı artıq 25 ildir davam edən təcavüzündən bəhs olunur.

Yazıda Ermənistan hərbiçilərinin Azərbaycanın dövlət sərhədini keçməsi, düşmənin dekabrın 29-da Tovuz rayonunda diversiya hərəkətləri və Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülən müvafiq tədbirlər haqqında məlumat verilir. Məqalədə Azərbaycan ərazisinin 20 faizinin işğalının davam etməsindən və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrindən (822, 853, 874 və 884) söhbət açılır.

Qeyd edək ki, məqalə Azərbaycan ərazilərinin işğal edilməsi ilə əlaqədar ABŞ ictimaiyyətini və Administrasiyasını məlumatlandırmaq üçün ABŞ Azərbaycanlıları Şəbəkəsinin həyata keçirdiyi yazılı kampaniyanın nəticəsi olaraq dərc edilib. Təşkilatın üzvləri, həmçinin ABŞ Administrasiyasını və ATƏT-in Minsk qrupunu Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməsi və Azərbaycana qarşı təcavüzü dayandırması üçün rəsmi Yerevana təzyiq göstərməyə çağırıblar. (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Ən çox oxunanalar