Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanın nəzarətində olan 10-dan çox mövqe artıq bizdədir” - Açıqlama

“Ermənistanın nəzarətində olan 10-dan çox mövqe artıq bizdədir”...

“Düşmən kifayət qədər ağrılı-acılı cavab alıb. Texnika itkiləri milyardlarla dollar dəyərindədir. Şəxsi heyətdə 200 nəfər itkinin olduğu deyilir, amma buraya mövqelərində qoyub qaçdıqları cəsədləri, əsir düşən erməniləri də əlavə etsək, say 250-yə qədər gedib çıxacaq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, heç bir halda düşmənin yaxın və orta perspektivdə təxribatlar törətməyəcəyini demək olmaz:


“Biz çox hiyləgər düşmənlə qarşı-qarşıyayıq. Onlar Azərbaycanın bərpa işlərinə, Qarabağın, Zəngəzurun yenidən qurulmasına, qoşunlarımızın orada möhkəmlənməsinə qarşı gələcəkdə də təxribatlar törədə bilərlər. Buna görə də bizim güc strukturlarımız daim barmağını tətikdə saxlamalıdır. Ermənistanın nəzarətində olan 10-dan çox mövqe artıq Azərbaycan Ordusundadır və bu mövqelərin hər birində düşmən yaralı və ölülərini tərk edərək qaçıb”.

Ədalət Verdiyev Azərbaycanın heç bir halda Ermənistan tərəfindən fakt qarşısında qoyula bilməyəcəyini vurğulayıb:

“Bu istiqamətdə Ermənistanın atdığı addımların da hansı nəticələrə gətirib çıxardığı məlumdur. Hazırkı əməliyyatla düşmənin revanş hazırlıqlarını sıfırladıq və Azərbaycan ərazilərinə gələcəkdə mümkün ola biləcək təhdidlərin minimallaşmasına nail olduq”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ən çox oxunanalar