Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın müdafiə naziri: “Heç bir qərar qəbul olunmayıb”

Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonoyan ölkəsinin İsveçdən çoxfunksiyalı “JAS-39 Qripen” qırıcılarını almağı planlaşdırdığı barədə məlumatları təsdiqləməyib

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. “İsveç qırıcılarını almaqla bağlı heç bir qərar qəbul olunmayıb” – deyə Tonoyan jurnalistlərə bildirib. O hansısa təklifə diqqət etməməyi məsləhət görüb və deyib ki, biz bütün təkliflərə baxırıq. Tonoyanın sözlərinə görə, qərar keyfiyyət, qiymət və istehsal tarixindən asılı olacaq.

D.Tonoyan deyib ki, “Qripen”lə bağlı qərar mövcud deyil və digər müttəfiqlərdən də təkliflər gəlib. Nazir qeyd edib ki, həmin təkliflər ciddi müzakirə olunur və yaxın zamanlarda qərar veriləcək. Nazir eyni zamanda Rusiya istehsalı olan “Su-30” qırıcılarının alınmasını da mümkün sayıb.

Maraqlıdır ki, Ermənistanda AvropaRusiya qırıcılarının alınması ilə bağlı xəbərlər davamlı şəkildə yayılıb. Çox güman ki, İrəvanın Avropa silahı almaq niyyətinə Rusiyanın yumşaq xəbərdarlığıdır. Elə Tonoyanın Ermənistan Müdafiə Nazirliyini təkzib etməsi də bundan xəbər verir.

Qeyd edək ki, Ermənistan müdafiə nazirliyindəki mənbə “çoxfunksional hərbi hava aviasiyası yaratmaq üçün digər ölkələrlə danışıqlar aparılır” – açıqlamasını vermişdi.

pia.az


Etiket: Ermənistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar