Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanın bu alçaq davranışı yalnız terrorçulara məxsus yanaşmadır“

"Beynəlxalq humanitar hüquqa, xüsusilə Cenevrə konvensiyalarına uyğun olaraq həlak olmuş hərbi qulluqçunun meyidi dərhal qaytarılmalı olduğu halda, Ermənistanın törətdiyi təxribatdan on gündən artıq müddət keçməsinə baxmayaraq, rəsmi Yerevan hərbi qulluqçumuzun meyidini qaytarmaqdan imtina edir. Ermənistan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə edilmiş müraciətləri cavabsız qoyur"


Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, bu günlərdə Ermənistan silahlı qüvvələrinin rəhbərliyinin hərbçimizin meyidinin hələ də onlarda olduğunu deməsi Ermənistanın siyasi-hərbi rəhbərliyinin sivil davranışdan nə dərəcədə uzaq olmasının növbəti ifşasıdır:

"Cəsədin dərhal geri qaytarılmasının təmin olunması humanitar, mənəvi-əxlaqi məsələ olmaqla bərabər, beynəlxalq humanitar hüququn ciddi tələbidir. Ermənistanın azərbaycanlı hərbi qulluqçunun cəsədini geri qaytarmaması, cəsəddən qisas almaq, cəsədləri fiziki və psixoloji işgəncə obyektinə çevirməsi sıradan bir hal olmayaraq, Ermənistanın yürütdüyü dövlət siyasətinin tərkib hissədir ki, biz bunun dəfələrlə şahidi olmuşuq. Bu cür alçaq davranış əsgər və zabit şərəfinə sığmayaraq, yalnız terrorçulara məxsus yanaşmadır".

XİN rəsmisi əlavə edib ki, müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə şəhid olmuş hərbi qulluqçu Çingiz Qurbanovun cəsədinin geri qaytarılması üçün səylər davam etdiriləcək.

Azərbaycanın diplomatik nümayəndəlikləri sözügedən məsələni davamlı surətdə beynəlxalq təşkilatlar qarşısında qaldırırlar.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ən çox oxunanalar