Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanı ittiham edən Rusiya hər dəfə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır...

Rusiya prezidenti Vladimir Putin Ermənistan rəhbərliyinə qarşı ittihamlar səsləndirərək, əslində Rusiya tərəfindən Qarabağın mübahisəli ərazi olaraq qəbul edildiyini ortaya qoyub...

Politoloq: “Rusiya tərəfindən xarici işlər nazirliyi, Putinin sözçüsü, elə Putinin özü tərəfindən də sanki Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması, dəstəkləməsi fonunda Yerəvanın tənbeh edilməsi, cəzalandırılması prosesi getməkdədir”.

Ermənistan mütləq Azərbaycanla davamlı müharibə şəraitində olmalıdırmı? Cənubi Qafqaza sülh gələ bilməzmi? Cənubi Qafqazda təhlükəsizlik mühiti qurula bilməzmi?”.

Bu sözləri politoloq İlyas Hüseynov Rusiyanın xarici işlər nazirinin Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə sənəd imzaladığını açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Lavrov mətbuat konfransında növbəti dəfə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə sənəd imzaladığını diqqətə çatdırıb. Bunun arxaslnca isə dünən Rusiya prezidenti Vladimir Putin Ermənistan rəhbərliyinə qarşı ittihamlar səsləndirərək, əslində Rusiya tərəfindən Qarabağın mübahisəli ərazi olaraq qəbul edildiyini ortaya qoyub.

Maraqlıdır, Rusiyanın hər dəfə bu mövzunu qaldırması hansı anlama gəlir? Sözdə ölkəmizin ərazi bütövlüyünü tanıdığını deyən Rusiya bununla prinsipcə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almırmı və rəsmi Bakı Moskvanın bu cür yanaşmasına etiraz etməli deyilmi?

Rusiyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı tutduğu mövqeyi Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Burada Moskvanın davranışı başa düşülən deyil. Sanki Ermənistan o qədər Rusiyadan asılıdır ki, müstəqil addım ataraq Azərbaycanın ərazi bütövlüyünü tanıya bilməz”.

Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasının Rusiya tərəfindən narahatlıqla qarşılanmamalı olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, əksinə Rusiya danışıqlar prosesinin iştirakçısı və bir tərəfidir:

Rusiya tərəfindən xarici işlər nazirliyi, Putinin sözçüsü, elə Putinin özü tərəfindən də sanki Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması, dəstəkləməsi fonunda Yerəvanın tənbeh edilməsi, cəzalandırılması prosesi getməkdədir. Burada maraqlı məqam ortaya çıxır. Ermənistan mütləq Azərbaycanla davamlı müharibə şəraitində olmalıdırmı? Cənubi Qafqaza sülh gələ bilməzmi? Cənubi Qafqazda təhlükəsizlik mühiti qurula bilməzmi?

Düşünürəm ki, buna nail olmaq mümkündür. Xalqların dinc, stabil bir şəraitdə yaşayışı təmin edilməlidir. Sülh müqaviləsi imzalanmalı və yeni bir səhvədən başlamaq lazımdır. Əbədi olaraq bundan sonrakı 30 ildə də müharibə aparmaq heç bir məntiqə sığmır. Bütün müharibələr sülhlə bitir.

Biz görürük ki, Avropa İttifaqında sərhədlər şərti xarakter daşıyır. Vahid iqtisadi, sosial məkan formalaşdırılıb. Məqsəd də sülhü və təhlükəsizliyi qorumaqdır. Cənubi Qafqazda da belə bir düsturdan istifadə etmək olar. Yaxşı nümunələr vardır. Nəhayət ki, Azərbaycana qarşı Ermənistan ərazi bütövlüyü çərçivəsində addım atmalı və ölkəmizə qarşı heç bir iddia irəli sürməməlidir. Qarabağ iqtisadi rayonunda olan ermənilər Azərbaycanın konstitusiya və yuristikası altında mərkəzi hakimiyyətə tabe olmalıdırlar. Bu vahid çözüm variantıdır. Buna nə qədər nail olmaq mümkün olsa, bir o qədər gələcəyimiz, övladlarımız üçün önəmlidir.

İlyas Hüseynov: “Ermənistan Qərb ilə əməkdaşlığı üstün tutur, Qərb institutlarına inteqrasiya etməyə çalışır. Amma burada Rusiya faktoru önə çıxır və Rusiya-Ermənistan ziddiyyətləri yaranır”.

Burada Moskvanın davranışı başa düşülən deyil. Sanki Ermənistan o qədər Rusiyadan asılıdır ki, müstəqil addım ataraq Azərbaycanın ərazi bütövlüyünü tanıya bilməz. Yaxud da, hər bir addımda gərək İrəvan Moskva ilə məsləhətləşsin. Ermənistan isə tamamilə ayrı geopolitik vektoru seçir, ayrı bir gələcəyi özü üçün müəyyənləşdirir. Ermənistan Qərb ilə əməkdaşlığı üstün tutur, Qərb institutlarına inteqrasiya etməyə çalışır. Amma burada Rusiya faktoru önə çıxır və Rusiya-Ermənistan ziddiyyətləri yaranır.

Lakin düşünürəm ki, istənilən halda, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması Rusiya tərəfindən narahatlıqla qarşılanmamalıdır. Əksinə Rusiya danışıqlar prosesinin iştirakçısı və bir tərəfidir. Üçtərəfli Birgə Bəyanatda Rusiya prezidentinin imzası var. “Valday” Beynəlxalq Diskussiya Klubundan sonra, artıq Putinin yeni çıxışında da biz görürük ki, sanki Praqada əldə olunan razılaşma, Alma-Ata bəyannaməsi və 1991-ci il sərhədlərinin tanınması Rusiya üçün çox gözlənilməz idi və indi də onun fəsadları yaşanmaqdadır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Polşa klubunun futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Ən çox oxunanalar