Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda seçki sonrası: Dağlıq Qarabağ danışıqları ölü nöqtədən çıxa bilərmi?

“Nikol Paşinyanın nəyi arzuladığından, nəyi necə deməyindən asılı olmayaraq 2019- cı il Dağlıq Qarabağ məsələsində ciddi dəyişiklik ola bilər”

Politoloq: “Qərbin planı ErmənistanAzərbaycanın birləşib butövlükdə Cənubi Qafqazın Qərbə inteqrasiyasını təmin etməkdir. Qərbin düsturu budur”

Bu fikirləri PİA.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı hazırkı hökumətin Dağlıq Qarabağ münaqişəsinə təsirləri barədə məsələyə münasibət bildirərkən şərh edib.

Ermənistanda parlament seçkilərində Paşinyanın mütləq qələbəsi Dağlıq Qarabağ münaqişəsi danışıqlarına necə təsir edəcəyini barədə müxtəlif ehtimallar var. Ermənistanın Qarabağla birgə Qərbə inteqrasiyası mümkün deyil. Rusiyanın da artıq münasibəti fərqlidir. Beləliklə, Paşinyan iki od arasında qalıb. Rusiya ilə münasibətlər və Qərbyönümlü siyasətin həyata keçirilməsi kimi aşağıdan gələn tələblər ciddi bir sıxıntıya çevrilməkdədir. Paşinyanın özü millət vəkili olarkən Rusiyanı tənqid edən siyasətçi kimi tanınıb və Serj Sarqsyandan Rusiyadan uzaqlaşıb, Qərbə üz tutmağı tələb edən bir neçə simadan biri olub.

İndi baş nazir Paşinyan Rusiya təsirindən çıxmağı düşünsə də, bunun mümkünsüz olduğunu başa düşür və çıxış yolu axtarır. Bu baxımdan, Yerevanın Qarabağ danışıqlarında güzəştə getmək niyyəti müşahidə edilir. Bunu dünən türk jurnalistlərlə görüşən Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan da etiraf edib. O, ermənilərin türklərə qarşı qərəzinin olmadığını və ayrı-seçkiliyə qarşı olduqlarını deyib. Nazir keçmişdə iki ölkə arasında yaşananların təkrarlanmaması gərəkdiyini bildirib: “Biz iki qonşu ölkəyik və problemləri həll edəcək yetərli potensiala sahibik. Biz həll üçün dialoq qurmağın tərəfdarıyıq”.

Fikirlərini davam etdirən Ermənistanın bir nömrəli diplomatı Paşinyan hökümətinin əsas məsələsinin Qarabağ münaqişəsinin sülh yolu ilə həlli olduğunu vurğulayıb: “İlk və ən önəmli məsələmiz Dağlıq Qarabağın sülh yolu ilə həllidir. Biz Ermənistanın təhlükəsizlik siyasətini formalaşdırma məsələsində çox diqqətliyik”, deyə erməni nazir bildirib.

2019-cu ildə danışıqlar ölü nöqtədən çıxa bilərmi?

Bu sualla PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “Bolton Ermənistanın xarici təzyiqdən qurtulması üçün Dağlıq Qarabağ məsələsini həll etməli olduğunu açıq-aşkar qeyd etmişdi”

Mübariz Əhmədoğlu PİA.az-a açıqlamasında Paşinyanın seçki prosesində həm Qərbdən, həm də Rusiyadan müəyyən öhdəliklər götürdüyünü bildirib. Polotoloqa görə artıq həmin öhdəlikləri yerinə yetirmək zamanıdır. Belə ki, Qərb Paşinyandan Dağlıq Qarabağ məsələsini həll etməyi gözləyir ki, özünün Cənubi Qafqaz planını həyata keçirə bilsin:

Ermənistandakı son seçkilər Dağlıq Qarabağ tənzimlənməsində dəyişiklik yaradacaq. Hal-hazırda Nikol Paşinyan özü də çalışır ki müəyyən mənada Dağlıq Qarabağ məsələsində güzəştə getsin. Paşinyan əsirlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etmək istəyirdi. Qarabağdakı qondarma qurumun rəhbərliyi buna imkan vermədi.

Yəni Paşinyan Qarabağ məsələsində artıq ciddi addımlar atmaq lazım olduğunu başa düşür. O, çalışır ki, kiçik manevrlərlə ictimaiyyəti yönləndirə və bu problemin həllinə inandıra bilsin. O, seçkidən əvvəl Qərbin qarşısında böyük öhdəliklər götürüb və indi həmin öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklərdən biri də Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllidir.

Paşinyan Rusiyanı isə seçkilər zamanı aldatdı. Seçkilər başlayanda Aron Mirzəyan (Paşinyanın komandasında birinci fiqurdur. red!) Rusiyanın Ermənistandakı səfirinin yanına getdi və seçki məsələsini onunla müzakirə etdi. Amma seçkinin nəticəsində məlum oldu ki, parlamentə cəmi 3 partiya düşüb. Rusiyanı tanıyan, onun marağında olan partiyalardan heç biri parlamentə seçilmədi. İndi Rusiya da Paşinyanı sıxmağa və tələblərini artırmağa başlayacaq. Hər şey Paşinyanın bu tələblərin qarşısında göstərəcəyi dözümdən asılıdır. Əgər Paşinyan dözə bilsə, inanmıram ki, Moskva Ukraynada atdığı addımları Ermənistanda da atsın. Bu Rusiya üçün fəlakətlə bitə bilər.

Con Bolton, Angela Merkel bölgəyə səfər edəndə məlum oldu ki, AvropaABŞ-ın Ermənistanla bağlı siyasətində birinci yerdə Dağlıq Qarabağ məsələsi durur. Bolton Ermənistanın xarici təzyiqdən qurtulması üçün Dağlıq Qarabağ məsələsini həll etməli olduğunu açıq-aşkar qeyd etmişdi.

Nə qədər ki, Qarabağ məsələsi var, Ermənistana xaricdən təzyiqlər olacaq. Bolton daha çox Rusiyanın regionda mövqelərinin zəifləməsi üçün Cənubi Qafqaza kəşfiyyat xarakterli səfər etdi. Merkel səfəri zamanı Almaniyanın vasitəçiliyi öz üzərinə götürə biləcəyini bildirmişdi. Almaniya kansleri ümumiyyətlə ATƏT-in Minsk qrupunu inkar etdi. Burdan belə nəticə çıxır ki, indi həm Qərb, həm də Rusiya Paşinyana təzyiq edir.

Mübariz Əhmədoğlu: “Həmsədrlərdə çalışacaqlar ki, yanvar ayında Paşinyanla İlham Əliyevin görüşünə razılıq alsınlar”

Qərb Qarabağ məsələsini həll etdiyi zaman Paşinyan hakimiyyətini pulla təmin edəcəyini bildirir. Qərbin planı ErmənistanAzərbaycanın birləşib butövlükdə Cənubi Qafqazın Qərbə inteqrasiyasını təmin etməkdir. Qərbin düsturu budur.

Rusiya Ermənistana gedən nəqliyyat dəhlizinin açılmasını istəyir. Moskva ilə Yerevan arasındakı dəmir yolu sınaqdan keçmiş yoldur. Sovet dövründə yüklərin 85% -i Ermənistana bu yolla daşınırdı. Həmin yol Bakıdan da keçir. Moskvadan Azərbaycan ərazisinə ordanda Yerevana gedir. Bu yolu da açmaq üçün Ermənistan yeddi rayonu qaytarmalıdır. Mehri dəmir yolu işğal olunmuş 5 rayondan keçir və həmin rayonlar qayıtdığı zaman qalan 2 rayonun da qaytarılması müzakirəyə çıxarılacaq.

İndi həm Rusiya, həm də Qərb Paşinyandan verdiyi vədləri yerinə yetirməyi gözləyir. Nikol Paşinyanın nəyi arzuladığından, nəyi necə deməyindən asılı olmayaraq 2019- cı il Dağlıq Qarabağ məsələsində ciddi dəyişiklik ola bilər.

Dağlıq Qarabağ tənzimləməsində 2- ci əsas amil Ermənistanın hərbi hazırlığıdır. Ermənistan son dövrlərdə hərbi texnikasını nümayiş etdirir. Toçka-U raketini sınaqdan keçirib, bu raket ən uzağı 120km məsafəni vura bilər. Daha sonra Skad, İsgəndər raketlərini də nümayiş etdirib. Yəni bunlar hamısı Ermənistanın hərbi təxribata hazırlaşdığını göstərir.

Paşinyan seçki kampaniyası başladığı dövrdə Ermənistan-Azərbaycan sərhədində Naxçıvan Respublikasına getdi, orada keçirilən hərbi təlimdə iştirak etdi. Bu onu göstərir ki, Ermənistan nə deməyindən asılı olmayaraq müharibəyə də hazırlaşır.

Bütün bunlara baxmayaraq, mən bu il Dağlıq Qarabağ məsələsində irəliləyiş gözləyirəm. Artıq vasitəçilər Ermənistanın nazıyla oynamır. ATƏT-in Xarici İşlər nazirləri İtaliyanın Milan şəhərində görüş keçirdi. Görüşdən sonra yayılan bəyanatda onların bununla bağlı prinsipial mövqeyinin olduğu və bu mövqenin Ermənistanın maraqlarına uyğun olmadığı bildirildi. Həmsədrlərdə çalışacaqlar ki, yanvar ayında Paşinyanla İlham Əliyevin görüşünə razılıq alsınlar”.

Sübü ƏZİZOVA

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Foto

Ən çox oxunanalar